Arxiv
25 Sentyabr 2009, 13:17 | ÖLKƏ
Təhsil Nazirliyi bəzi müəllimləri işə qəbul müsabiqəsindən kənarlaşdırıb

Təhsil Nazirliyi bu gün 2009-2010-cu dərs ilində Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə işə qəbul üçün keçirilən müsabiqənin nəticələri barədə rəsmi məlumat yayıb.
Nazirlikdən Modern.az-a verilən məlumatda bildirilib ki, bu il ilk növbədə Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant yerlər (365 yer) müəyyənləşdirilib, elektron ərizə forması, hər bir müəllimin müvafiq göstəriciləri və onların qiymətləndirilmə meyarları hazırlanıb, müəllimlərin işə qəbulu üzrə yeni reqlamentlər təsdiq olunub. Eyni zamanda müəllimlərin işə qəbulu üzrə Müsabiqə Komissiyası yaradılıb. Nazirliyin internet saytında açılan «Müəllimlərin işə qəbulu üzrə müsabiqə» səhifəsində Bakı şəhərinin ümumtəhsil məktəblərindəki vakant yerlər, elektron ərizə forması və müəllimlərin işə qəbulu ilə bağlı reqlamentlər yerləşdirilib.
Reqlamentlərə uyğun olaraq Bakı şəhərinin ümumtəhsil məktəblərində müxtəlif ixtisaslar üzrə vakant yerlərə 2147 müəllim elektron ərizə verib. Ən çox ərizə ingilis dili (570 nəfər), ibtidai sinif (467 nəfər), Azərbaycan dili və ədəbiyyat (235 nəfər), riyaziyyat (189 nəfər) ixtisasları üzrə daxil olub.
Müsabiqənin birinci mərhələsində təqdim olunmuş elektron ərizələrdəki məlumatlara və şəxsi işlərdə olan təsdiqləyici sənədlərə əsasən müəllimlərin göstəriciləri xüsusi meyarlar əsasında qiymətləndirilib. Bu mərhələdə ixtisası, sənədləri reqlamentlərə uyğun gəlməyən namizədlər müsabiqədən kənarlaşdırılıb.
Müsabiqənin sentyabrın 10-u, 11-i, 16-sı və 18-də keçirilən ikinci mərhələsində 1044 nəfər iştirak edib. İxtisaslardan və iştirakçıların sayından asılı olaraq namizədlərlə müsahibə və ya test yoxlaması aparılıb. İki mərhələnin nəticəsi əsasında müəyyənləşdirilən keçid balını toplayan müəllimlər ixtisasları üzrə seçdikləri məktəblərə işə qəbul olunublar. Onu da qeyd etmək lazımdır ki, nəticələr hər bir fənn üzrə müsabiqə keçiriləndən bir saat sonra namizədlərə elan edilib.
Müsabiqənin nəticələrinə əsasən işə qəbul edilməsi nəzərdə tutulan müəllimlərin təsdiq olunmuş siyahısı Nazirliyin internet saytında və Azərbaycan təhsil portalında yerləşdirilib, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə Nazirliyin müvafiq məktubları göndərilib.
Onu da qeyd edək ki, yaxın vaxtlarda Bakı şəhərinin ümumtəhsil məktəblərində vakant müəllim yerlərinə yeni müsabiqə elan ediləcək.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın ən yaxşı universitetlərinin adları açıqlandı: SİYAHI 20 Aprel 2019, 22:18 Prezident Azərbaycanla sərhəddə gəldi 20 Aprel 2019, 22:06 Bill Qeytsin varidatı 100 milyard dolları ötdü 20 Aprel 2019, 21:59 Qar Azərbaycanın bu yollarının bağlanmasına səbəb oldu 20 Aprel 2019, 21:43 Bolqarıstanda təyyarə qəzası 20 Aprel 2019, 21:27 Fransada  Azərbaycan məktəbi açıldı - FOTOLAR 20 Aprel 2019, 21:18 Niyə Prezident bütün xırda məsələlərə müdaxilə etməlidi… 20 Aprel 2019, 21:07 Lotu Qulinin adamı sahibkarı güllələdi 20 Aprel 2019, 20:58 95 yaşlı Şirməmməd Hüseynovdan 90 yaşlı Çingiz Hüseynova maraqlı TƏBRİK 20 Aprel 2019, 20:51 Qəbələdə ağır qəza: 1 ölü, 3 yaralı 20 Aprel 2019, 20:44 Parisdə 126 etirazçı saxlanıldı 20 Aprel 2019, 20:31 Biləcərinin bu küçəsində hərəkət məhdudlaşdırılır 20 Aprel 2019, 20:17 Türkiyə ordusu 20 terrorçunu zərərsizləşdirdi 20 Aprel 2019, 20:02 Ərzurum Atatürk Universitetinin professorları ADAU-da 20 Aprel 2019, 17:58 Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır 20 Aprel 2019, 17:52 Alman eksperti: Sarkisyan hakimiyyəti aprel müharibəsinə görə itirdi 20 Aprel 2019, 17:37 Binəqədidə qadın meyiti tapılıb 20 Aprel 2019, 17:20 Gəncə sakini dəm qazından zəhərləndi 20 Aprel 2019, 17:01 Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib 20 Aprel 2019, 16:53 Yasin Sabancı Universitetinin tam bursunu qazanmayıb, sadəcə...   20 Aprel 2019, 16:38 “Bakıda Soyqırımı muzeyi yaradılsın!” - Deputat ÇAĞIRIŞ ETDİ 20 Aprel 2019, 16:31 Kadırovdan Zelenskinin üzr istəməsinə reaksiya 20 Aprel 2019, 16:21 Azərbaycan kinosunun “qaynanası” 103 yaşında - FOTOLAR 20 Aprel 2019, 16:04 Şabranda 2576 it, 24019 iribuynuzlu heyvan… 20 Aprel 2019, 15:49 Keçmiş prezidentin intihar məktubu yayıldı 20 Aprel 2019, 15:43 Zakir Həsənov Türkiyə tərəfinə başsağlığı verib 20 Aprel 2019, 15:24 Ərdoğan Binəli Yıldırıma yeni vəzifə verəcək – AÇIQLAMA 20 Aprel 2019, 15:01 “Ayaks”ın büdcəsinə milyonlar axır 20 Aprel 2019, 14:50 Gənc futbolçumuz "Seltik"in transfer hədəfində 20 Aprel 2019, 14:49 Qaramalın piroplazmoz xəstəliyindən necə qorunmalı? 20 Aprel 2019, 14:47