Modern.az

Qasırğa Filippində 10 min insanın ölümünə səbəb olub

Qasırğa Filippində 10 min insanın ölümünə səbəb olub

11 Noyabr 2013, 09:46

Filippin rəsmilərinə görə, “Hayan” qasırğası nəticəsində ölkənin şərq hissəsində ölənlərin sayı 10 minə çata bilər.

Ölkənin şərqində yerləşən Taclolban şəhərində tikililərin - evlər, məktəblərin 70 faizi  dağılıb, hava limanına ciddi ziyan dəyib.

Qonşu Samar adası da qasırğanın dağıdıcı təsirinə məruz qalıb, ilkin məlumatlarda görə 300 nəfərin həlak olduğu və 2000 nəfərin itkin düşdüyü qeyd olunur.

Filippine höküməti hələlik yalnız 151 nəfərin ölümünü və yüz minlərlə insan daimi yaşayış yerlərini tərk etməyə məcbur qaldığını təsdiqləyib.

 Qasırğa zamanı küləyin sürəti saatda 275 kilometrə çatıb.   Bu gündən qasırğa Vyetnama doğru istiqamət aldığı bildirilir. Vyetnamda artıq yüzlərlə insan evlərindən evakuasiya olunub.

Modern.az  

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub