Modern.az

Heç kimlə görüşməyən prezident

Heç kimlə görüşməyən prezident

Dünya

12 Noyabr 2013, 18:51

Şimali Koreya prezidenti Kim Çen Ir heç bir dövlət başçısı ilə rəsmi görüş keçirməyən yeganə ölkə lideridir.

Modern.az xarici KİV-lərə istinadən məlumat verir ki, Şimali Koreyanın gənc lideri Kim Çen Ir hələ də prezidentliyi dövründə heç bir rəsmi görüş keçirməyib. Keçən həftə Şimali Koreyanı ziyarət edən Monqolustan prezidenti Sahiaqiyn Elbeqdorjun Şimali Koreya lideri ilə görüşə bilmədiyi də gələn məlumatlar arasındadır.

Kim Çen Irın atası Kim İr Çen də 17 illik prezidentliyi dövründə Rusiya və Cənubi Koreya liderləri istisna olmaqla heç bir həmkarı ilə görüş keçirməmişdi. Ölkənin qurucusu Kim İr Çen isə 45 il boyunca 10-dan çox dövlət başçısı ilə rəsmi təmasda olub . İndiyə qədər ölkə lideri olaraq heç bir dövlət başçısı ilə görüşməyən isə Əfqanıstan dövlətidir . 1996-2001-ci iillər arasında Əfqanıstanın ən üst səviyyə idarəçisi olan Taliban lideri Molla Ömər, bu müddət ərzində heç bir dövlət başçısı ilə rəsmi təmasda olmayıb. 2 ilə yaxındır Şimali Koreyanı idarə edən Kim Çen İrin bundan sonrakı fəaliyyəti isə maraq doğurur.

 Ulduz İBRAHİMOVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi