Modern.az

Ədəbi portalın rəhbəri: “Ədəbiyyat adı gələndə çoxları üz çevirir”

Ədəbi portalın rəhbəri: “Ədəbiyyat adı gələndə çoxları üz çevirir”

Ədəbi̇yyat

13 Noyabr 2013, 11:37

İnternet mediasının aktiv ədəbiyyat portalı olan “Avanqard.net”-in 1 yaşı tamam olub. Modern.az-a açıqlamasında saytın təsisçisi və baş redaktoru Səxavət Sahil gələcək fəaliyyətləri barədə də danışıb: “Gələcəkdə fəaliyyətimizi daha da inkişaf etdirmək niyyətindəyik. Müsahibələr və ədəbi araşdırmalara başlamaq fikrimiz var. Əsas da video-müsahibə olacaq. Çünki oxucular hərəkətə və görüntüyə üstünlük verir. Qarşımız kəsən ən əsas maliyyə problemidir. Sayt bu günə qədər maliyyə mənbəyi olmadan fəaliyyət göstərir. Müəlliflərə qonorar vermək lazımdır, qonorar olmadan heç kimdən, mətn istəmək, sifariş vermək düzgün deyil. Yazarların da əksəriyyətinin çörəyi yazmaqdan çıxır. Təəssüf ki, portala dəstək verən yoxdur. Ədəbiyyat adı gələndə çoxları üz çevirir”.

 

Elmin Nuri

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır