Modern.az

Erməni baş nazir: “Xocalı aeroportunu gərginlik yaratmadan açmaq istəyirik”

Erməni baş nazir: “Xocalı aeroportunu gərginlik yaratmadan açmaq istəyirik”

14 Noyabr 2013, 16:48

“Xocalı aeroportunun açılışını siyasi möhtəkirlikdən qorumalıyıq”. Modern.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın baş naziri Tiqran Sarkisyan bu barədə Ermənistan parlamentində çıxış zamanı bildirib.

“Daşnaksütyun” Partiyasından Aqvan Vardanyanın sualını cavablandıran T. Sarksiyan aeroportun açılmasının əsas məsələlərdən olduğunu bildirsə də, bunu gərginlik yaratmadan həyata keçirmək istədikləri əlavə edib.

“Aeroportun açılışı məsələsini Azərbaycanın bu gün aqressiv şəkildə yaydığı siyasi möhtəkirlikdən qorumaq lazımdır. Erməni tərəfi aeroportu əlavə gərginlik yaratmadan açmaq niyyətindədir”.

Bununla belə, erməni baş nazir Xocalı aeroportunun dəqiq açılış tarixini açıqlamayıb.

Vüqar İsmayılov   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı