Modern.az

Vahid Əziz: “Sərdar Cəlaloğlunun yanında ziyalıların dili gödəkdir”

Vahid Əziz: “Sərdar Cəlaloğlunun yanında ziyalıların dili gödəkdir”

Ədəbi̇yyat

15 Noyabr 2013, 10:36

Səməd Vurğun barəsində tənqidi çıxışları ilə medianın gündəmində olan Sərdar Cəlaloğlu bu dəfə dastan qəhrəmanı olan Koroğlunu hədəfə götürüb. ADP sədri Koroğluya homoseksualizm və s. damğalar vurub.

Modern.az-a açıqlama verən şair Vahid Əziz tarixi qəhrəmanlara bu cür münasibətin yolverilməz olduğunu bildirib. “Bu cür danışan adamların başını həkimə göstərmək lazımdır. Koroğlu hətta quldur olubsa da, dövrünə görə quldur olub. Bu quldurluğu da xanlarla, bəylərlə mübarizədə edib. Tarixə qovuşmuş insanlara toxunmaq olmaz. Azərbaycanın ziyalıları bu sayaq ittihamlara cavab verməli idi. Amma hamısının dili gödəkdir. Çünki hərəsinin arxasında bir vaqon zibil var. Bizim bədbəxtçiliyimiz ondadır ki, Azərbaycan birdən-birə ağsaqqalsız qaldı. Görkəmli ziyalılarımızın hamısı birdən getdi. Belə də eləmək olmaz. Hər şeyin bir qaydası var”.

 

Elmin Nuri

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!