Modern.az

80-dən çox tələbəni əhatə edən müsabiqə başa çatıb

80-dən çox tələbəni əhatə edən müsabiqə başa çatıb

4 May 2010, 13:43

Modern.az xəbər verir ki, “Caspian Plaza” otelinin konfrans zalında “Oskar” Xaricdə Təhsil  Mərkəzinin Azərbaycan Tələbələr Birliyi ilə birgə icra etdiyi “The Key” to “Education Abroad” layihəsinin yekun təqdimatı olub. Təqdimatda tələbələr, QHT sektoru və dövlət strukturu nümayəndələri ilə yanaşı, tələbə gənclər təşkilatları və digər qonaqlar iştirak edib.

“Oskar” Xaricdə Təhsil Mərkəzi nümayəndəsi Günel Abdullayeva deyib ki, tələbə - gənclərin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı”na marağını artırmaq məqsədi ilə 11 universitet arasında ingilis dili müsabiqəsi keçiriblər.  3 mərhələdə keçirilən müsabiqə 80-dən çox tələbəni əhatə edib. Təhsil və Gənclər və İdman nazirliklərinin də dəstəklədiyi layihənin məqsədinin gənclərin asudə vaxtlarını təhsil məsələlərinə yönəltməkdir.

Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov bu cür layihələrin keçirilməsini məqsədəuyğun hesab etdiklərini, dövlətin gənclərlə bağlı təhsil siyasətini dəstəklədiklərini vurğulayıb.

Layihə gedişatından bəhs edən video çarxın nümayişindən sonra layihənin qalibləri açıqlanıb və müvafiq diplom və hədiyyələr verilib. Qeyd edək ki, layihənin əsas qalibi  Səfurə Əhədova Londonda 2 həftəlik ingilis dili kursu, II yerin qalibi Ləman Abdullayeva 2 aylıq, III yerin qalibi Abdulla Əlixanov isə 1 aylıq “Oskar” Mərkəzində TOEFL kursu  qazanıb. Sonda qalib və layihə iştirakçılarının çıxışları dinlənilib. Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır