Modern.az

Uşaq Hüquqları Şənbə Məktəbinin məşğələləri başlayıb

Uşaq Hüquqları Şənbə Məktəbinin məşğələləri başlayıb

25 Sentyabr 2009, 14:16

“Nur” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Uşaq Hüquqları Şənbə Məktəbinin 2009-cu il üçün məşğələlərinə başlayıb. Birliyin ictimaiyyətlə əlaqələr departamentinin sədri Fidan Kərimli Modern.az-a bildirib ki, şənbə məktəbinin təşkil edilməsində məqsəd lider uşaqlar qrupu formalaşdırmaqdır: “Məşğələlər hər bir uşağın fəal iştirak, öz fikrini azad ifadə edə bildiyi mühitdə təqdimat, müzakirə, qruplarda iş, rol və interaktiv oyunlar metodologiyası əsasında təşkil olunur”. Şənbə Məktəbinin dinləyiciləri 12-15 yaşlı 50 nəfər uşaqdan ibarətdir. Məktəbi müvəffəqiyyətlə başa vuran uşaqlar diplomla təltif olunacaq. Fərqlənən uşaqlar həmçinin bu ilin noyabrında keçiriləcək Azərbaycan Uşaqlarının I Forumunda iştirak hüququ əldə edəcəklər

.

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?