Modern.az

Məktəblilərin intiharının qarşısını almaq üçün təkliflər var...

Məktəblilərin intiharının qarşısını almaq üçün təkliflər var...

Qarabağ

4 May 2010, 16:41

Son dövrlər məktəblilərin özünü intihar etməsi ilə bağlı Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Vüsal Quliyev mətbuat üçün bu gün verdiyi açıqlamada bildirib ki, səbəbindən asılı olmayaraq belə intihar hallarının intensivləşməsinin qarşısını almalıyıq: “Çünki bu hal digər gənclərə, xüsusilə də gənc qızlara psixiloji təsirlər edir və daha yeni intihar halları ilə qarşılaşırıq. Baş verən intihar hallarını başqa formada qələmə verən insanlardan xahiş edirəm ki, cəmiyyətdə yanlış fikir formalaşdırmasınlar”.

V.Quliyev məsələnin önlənməsi üçün təkliflərini də səsləndirib: “Düşünürük ki, baş verən intihar hadisələrinin səbəblərinin araşdırılması, regionlardakı orta məktəb şagirdləri üçün psixoloji seminarların keçirilməsi, müəllim və valideynlərlə psixoloq görüşlərinin təşkili, KİV-də əhalinin psixoloji maarifləndirilməsi, tibb müəssisələrində pulsuz psixoloji məsləhətlərin təşkil olunması vacib məsələlərdəndir”.

 

Modern.az    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir