Modern.az

Suriya BMT-yə Türkiyədən şikayət edib

Suriya BMT-yə Türkiyədən şikayət edib

18 Noyabr 2013, 11:18
“Türkiyə kimyəvi silahın istifadəsinə göz yumur”  

Suriya Türkiyəni terrora dəstək verməkdə ittiham edib və məsələ ilə bağlı BMT-yə şikayət edib. Modern.az-ın məlumatına görə, bu barədə Livanın “əl-Minar” televiziyası məlumat yayıb. Suriyanın Xarici İşlər Nazirliyi BMT-nin terrorla mübarizə aparan qurumlarına məsələ haqqında araşdırma aparılmasını tələb edib. “əl-Minar”ın yaydığı məlumata görə, rəsmi Dəməşq Türkiyəni Suriyadakı üsyançılara dəstək verməkdə təqsirləndirib.
“Suriya müxalifəti Türkiyənin yardımı ilə kimyəvi silahlardan istifadə edir. Rəsmi Ankara isə kimyəvi silahın Türkiyə vasitəsilə Suriya müxalifətinə verilməsinə göz yumur. Bu mənada Türkiyə terrora dəstək verir”.

Aqşin Kərimov  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...