Modern.az

Hansı internet brauzeri daha populyardır?

Hansı internet brauzeri daha populyardır?

4 May 2010, 17:57

Microsoft İnternet Explorer brauzerinin dünya bazarında payı 60 faizdən aşağı enib, Google Chrome-un payı isə 6 faiz artıb və artmaqda davam edir. Cari ilin aprel ayına aid olan bu statistik məlumatları veb-brauzerlər bazarının monitorinqini aparan Net Applications tədqiqat şirkəti təqdim edib. Şirkətdə qeyd edirlər ki, bu cür vəziyyət gözlənilən olsa da, strateji baxımdan böyük əhəmiyyət daşıyır.

Belə ki, Net Applications-in məlumatına görə, dünya brauzer bazarının mart ayında 60,65 faizi məhz Internet Explorerin payına düşürdü, aprel ayına olan göstəricilərə əsasən isə bu rəqəm 59,95-dək enib. Digər sözlə, bu gün İnternet Explorer internetə qoşulmuş kompüterlərin 3/5-dən az hissəsində istifadə olunur. Bununla yanaşı Google Chrome brauzerinin populyarlığı getdikcə artır. Mart ayında Chrome brauzer bazarının 6,03, apreldə isə artıq 6,73 faizinə sahiblik edirdi.
Mozilla Firefox brauzerinin müvafiq göstəricisi elə də çox dəyişməyib. Firefox-un bazardakı payı 2010-cu ilin aprel ayında təqribən 0,1 faiz artaraq 24,6 faiz olub.
Net Applications şirkətinin hesabatında Microsoft-un İnternet Explorer brauzerinin bazar payının artıq üç ildir ki Mozilla Firefox, Google Chrome və Apple Safari məhsulları nümayiş etdirdikləri müvafiq göstəricilərə nisbətən azalması qeyd olunur.
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi