Modern.az

Cəlal Əliyev "Yeni Müsavat" davası bitdi

Cəlal Əliyev "Yeni Müsavat" davası bitdi

4 May 2010, 18:39

Bu gün Bakı Apelyasiya Məhkəməsində akademik Cəlal Əliyevin “Yeni Müsavat” qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxana və onun narazılığına səbəb olmuş məqalənin müəliifi Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinə baxılıb.

C.Əliyevin vəkili Məzahir Sadıqov vəsatət qaldıraraq bildirib ki, C.Əliyev ictimaiyyətin çoxsaylı şikayətlərini nəzərə alıb iddia ərizəsinin geri götürür. Vəkil həmçinin qeyd edib ki, Bakının Nizami rayon Məhkəməsində Mülki Məcəllənin 23-cü maddəsinə əsasən şərəf və ləyaqətin müdafiəsi üçün mülki iddia qaldırıblar və dəymiş mənəvi zərərə görə 5 min manat təzminat tələb edirlər.

A.Ayxanın vəkili Elçin Sadıqov vəsatətə münasibət bildirərək qərarın məhkəmənin səlahiyyətində olduğunu qeyd edib. Azər Ayxan isə C.Əliyevin vəsatətini müsbət addım kimi qiymətləndirib. O bildirib ki, bu addım beynəlxalq aləmin hakimiyyətə qarşı qınağının qarşısını alacaq.
Sonra hakim Faiq Qasımov müşavirə otağına gedib, müşavirədən qayıdan hakim Cəlal Əliyevin vəkilinin vəsatətini qəbul edib, işə xitam verilib.
Qeyd edək ki, Cəlal Əliyev A.Ayxanı və Q.Bakılını xüsusi ittiham qaydasında məhkəməyə vermişdi və onların Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmalarını istəyirdi.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub