Modern.az

Azərbaycan Ağsaqqallar Şurası: “Narazı QHT-lərin monitorinq aparmaq istəyi məğlub olanın qərəzidir”

Azərbaycan Ağsaqqallar Şurası: “Narazı QHT-lərin monitorinq aparmaq istəyi məğlub olanın qərəzidir”

5 May 2010, 10:38

Müsabiqələrdə layihələri keçməyən bir qrup QHT təmsilçisi QHT-lərə Dövlət Dəstəyi Şurası və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun qalib elan etdiyi layihələri monitorinq etmək və qiymətləndirmək istədiklərini açıqlayıblar. Onlar bununla əlqədar İşçi qrupu da yaradıblar. Amma narazı QHT-lərin bu addımı birmənalı qarşılanmaydı. QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanov Şuranın hər kəs üçün açıq olduğunu bildirib və əlavə edib ki, Şura monitorinq səriştəsi olan təşkilatların yardımına  sevinər. İşçi qrupun təkliflərinə və narazılıqlarına gəlincə, icraçı direktor hesab edir ki, qurumdakı təşkilatların QHT layihələrini dəyərləndirmək təcrübəsi yoxdur: “Onlar özlərini təcrübədən çıxış edirmiş kimi göstərirlər. Ancaq İşçi qrupundakı təşkilatlar o qədər təcrübəli deyillər ki, qəbul edilmiş qərarlara, yaxud seçim metedologiyasına münasibət bildirsinlər”. İcraçı direktor hesab edir ki, işçi qrup obyektiv olsaydı, açıqlamalarında QHT-lərə Dövlət Dəstəyi Şurasının gördüyü işləri də qeyd edərdi.

Azərbaycan Ağsaqqallar Şurasının mətbuat xidmətinin əməkdaşı Nərgiz Cəfərova bildirib ki, İşçi qrupdan zəng edib, onlara monitorinq keçirmək istədiklərini deyiblər. “Mən razılıq verdim, lakin o gündən 10 gün vaxt keçməsinə baxmayaraq, maraqlanan olmayıb” –deyən N.Cəfərova layihələrinin gözümçıxdıya salınan 15 layihə siyahısında olması ilə qətiyyən razlaşmır.

“Mən onlarla əlaqə saxladım və bildirdim ki, bizim təşkilatla bağlı şübhəli,  aydın olmayan nə isə varsa, bu haqda sizə məlumat verməyə hazıram. Lakin heç kim gəlmədi”-deyən Nərgiz Cəfərova layihə haqda qısa arayış verdi.

“Xeyir-şər məclislərində israfçılığın qarşısının alınmasında ağsaqqalların rolu” layihəsi əsasən istehlakçı mədəniyyətini formalaşdırmaq, israfçılığın qarşısını maarifləndirmə işi aparmaqla almaq, regionlarda gənc nəslin nümayəndələri ilə görüşüb, milli- mənəvi dəyərlərimizə hörmət, ağsaqqal sözü eşitmək haqda təbliğat aparmaq, bütün bu işlərin yekunu olaraq dərgi nəşr etməyi özündə ehtiva edir. Hazırda layihə tam gücü ilə reallaşdırılır. İcra planında bu günə qədər nəzərdə tutulan  bütün addımlar atılıb. İşçi qrup yaradılıb, işçilərlə müqavilələr bağlanılıb, seminar keçiriləcək zallar icarə edilib”.

Sonda Nərgiz Cəfərova ümumiyyətlə monitorinqin keçirilməsinin vacibliyini qeyd etdi. O, bildirdi ki, maliyyə müsabiqəsində qalib gələn təşkilatların yoxlanılması şəffaflığın qorunmasında müsbət rol oynayır. Lakin bu sahədə təcrübəsi olmayan təşkilatın belə bir iddia ilə çıxış etməsi normal hal deyil. “Bu  məğlub olanın qərəzidir”-deyə Nərgiz Cəfərova fikirlərini bildirib.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?