Modern.az

Milli Məclisin mayın 7-nə planlaşdırılan iclası təxirə salındı

Milli Məclisin mayın 7-nə planlaşdırılan iclası təxirə salındı

5 May 2010, 13:07

Modern.az xəbər verir ki, Milli Məclisin mayın 7-də keçirilməli olan növbəti iclası təxirə salınıb. Bu barədə saytımıza parlamentdən məlumat verilib. Məlumata görə, iclasın başqa vaxta keçirilməsinə səbəb bu ərəfədə rəsmi tədbirlərin, eləcə də Gül bayramına hazırlıq işlərinin çox olmasıdır. Modern.az-a bildirilib ki, Milli Məclisin planlaşdırılan iclası mayın 11-də keçiriləcək. İclasın gündəliyinə bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi məsələsi daxildir. "

Fərdi məlumatlar haqqında",

"İstehsalatda bədbəxt hadisələr, peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta haqqında",

"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında",

"İnsan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklərlə mübarizə haqqında" qanun layihələri 3- cü oxunuşa çıxarılacaq.

İclasın gündəliyinə "Avropa Şurasının insan alverinə qarşı mübarizə Konvensiyasının təsdiq edilməsi barədə",

"Hərbi qulluqçuların statusu haqqında" qanun layihəsinə əlavə və dəyişikliklər,

"Rəsmi statistika haqqında" qanuna əlavələr edilməsi,

"İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında",

Əzizbəyov rayonunun Xəzər adlandırılması ilə bağlı, 

"Pambıqçılıq haqqında" qanun layihələrinin baxılması da daxildir.

Bundan başqa, iclasda iclasda şəxsiyyət vəsiqələrinin üzərinə etibarlılıq müddətinin göstərilməsi məsələsinə də baxılacağı gözlənilir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir