Modern.az

Teyyub Qurban: “Çəmənzəminli Fəxri Xiyabanda dəfn olunmalıdır”

Teyyub Qurban: “Çəmənzəminli Fəxri Xiyabanda dəfn olunmalıdır”

Ədəbi̇yyat

21 Noyabr 2013, 15:24


“Çox adam bilmir ki, Azərbaycanın məşhur xadimləri məhz nəyə görə 1937-ci ildə güllələndi. Məsələn, Nəriman Nərimanov 1925-ci ildə vəfat edib, ancaq 37-ci ildə “xalq düşməni” elan olunub. Çünki 1936-37-ci illərdə qərarlar var. Bu qərarlarda yazılıb ki, antidövlət, antisovet partiyaların üzvləri və başqa ünsürlər məsuliyyətə cəlb edilir, güllələnir və yaxud həbs olunub sürgünə göndərilirdi”.

Bunu Modern.az-a publisist-tədqiqatçı Teyyub Qurban deyib. “Həmin qərara əsasən, Müsavat, “Difai”, Hümmət və s. partiya  və təşkilatların üzvləri olmuş şəxslər, o cümlədən müsavatçı Yusif Vəzir Çəmənzəminli də repressiya edilib. O, Müsavatın Ukrayna təşkilatının rəhbəri idi. Yəni, Çəmənzəminli yazıçı olmaqla yanaşı, həm də ictimai xadim idi. Buna görə onun 30-cu illərdə tutulması SSRİ qanunlarına uyğun idi. 1956-cı ildə Çəmənzəminliyə də bəraət verilib. O zaman qərar çıxır ki,  bəraət alanların ailəsi, qohumları, yerliləri və yaxud respublikanın rəhbərləri istəsələr, onlardan nəşi məlum olanlar öz vətənlərinə gətirilə bilər. Məsələyə hökumət, siyasi və ictimai xadimlər qarışmalı və Çəmənzəminli Fəxri Xiyabanda dəfn olunmalıdır. Təkcə Yusif Vəzir yox, Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşovun nəşini də Azərbaycana gətirmək lazımdır”.

  Misranə Həsənzadə  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir