Modern.az

Anar barmaqları kəsilən Söhrab Tahiri ziyarət etdi - FOTO

Anar barmaqları kəsilən Söhrab Tahiri ziyarət etdi - FOTO

Ədəbi̇yyat

21 Noyabr 2013, 17:33

Bu gün Azərbaycan Yazıçılar Birliyinin sədri  Anar, baş katib Fikrət Qoca və qurumun Güney ədəbiyyat şöbəsinin rəhbəri Sayman Aruz uzun müddətdir ki, səhhətindən əziyyət çəkən 87 yaşlı xalq şairi Söhrab Tahiri ziyarət ediblər. AYB-in Güney ədəbiyyat şöbəsindən Modern.az-a verilən məlumata görə, ziyarətdə məqsəd uzun müddətdir ki, səhhəti üzündən evdən kənara çıxa bilməyən şairin səhhətini yoxlamaq olub.

Şair Sayman Aruz Söhrab Tahirin səhhətinin normal olduğunu bildirib: “Sol ayağının iki barmağı kəsilib, amma ümumi halı yaxşıdı”.

Güney şöbəsinin rəhbəri həmçinin görüşlə bağlı təəssüratını da dilə gətirib: “Söhrab Tahir Güney Azərbaycan Mühacirət ədəbiyyatının ən görkəmli nümayəndələrindəndir. Peşəvərinin möhürdarı olan bu böyük xalq şairi, bütün həyatı boyu dövlətinə, xalqına və bayrağına xidmət edib və yeganə arzusu isə Vətənimizin bütövlük və bütöv şəkildə müstəqilliyidir”. 

Bu görüşün də mahiyyətində ədəbi xadimlərin timsalında bütöv Azərbaycan təmsil olunurdu.

 

Elmin Nuri 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?