Modern.az

Xamnei İsraili quduz köpək adlandırdı

Xamnei İsraili quduz köpək adlandırdı

Dünya

21 Noyabr 2013, 17:49

İranın Ali Dini lideri Ayətullah Seyid Əli  Xamnei İsrail əleyhinə təhqiramiz ifadələr işlədib. Modern.az İran mətbuatına istinadən xəbər verir ki, dini lider İsrail dünyada ara qarışdırmaqda ittiham edərək onu quduz köpək adlandırıb.

“Suriyanı kimyəvi silah işlətməkdə təqsirləndirdilər. Ancaq İsrailin müttəfiqi Amerika özü Səddam Hüseynə 500 ton miqdarında kimyəvi silah vermişdi. Bölgənin nəcis quduz köpəyi İsrail isə İranı dünyaya təhdid olaraq görür. Dünya üçün əsl təhlükə isə İsrailin özüdür”-deyə Xamnei hiddətlənib.
Onun sözlərinə görə İran öz nüvə məsələsi ilə bağlı mövqeyindən bir addım da olsun geri çəkilməyəcək.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir