"BlackBerry" smartfonlarının istehsalçısı "Research In Motion" (RIM) şirkəti fəaliyyəti ərzində ilk dəfədir ki, beş ən iri telefon istehsalçıları siyahısına düşə bilib. Kanada şirkəti 2010-cu ilin birinci rübündə 10,6 milyon "BlackBerry" smartfonu sata bilib və bununla da "Sony Ericsson" və "Motorola" şirkətlərini geridə qoyaraq siyahının 4-cü yerini tutub.
Hazırda "Sony Ericsson" dünyada telefon istehsalçıları arasında beşinci yerdədir. "Motorola" isə ümumiyyətlə ilk beşlikdə deyil.
Adi telefonlar da istehsal edən digər şirkətlərlə müqayisədə RIM-in təkcə smartfon istehsalı ilə məşğul olmasının nəzərə alındığı halda, şirkətin bu uğurunun daha əhəmiyyətli olması görünür
.
Dünyanın üç ən iri telefon istehsalçıları siyahısı dəyişməz qalıb: "Nokia" (107,8 milyon satılmış telefon), "Samsung" (64,3 milyon) və LG (27,1 milyon).
Cəmi dünya üzrə 2010-cu ilin birinci rübü ərzində 294 milyon 900 min mobil telefon satılıb ki, bu ötən ilin həmin dövrünə aid müvafiq göstəricidən 21,7% artıqdır.