Modern.az

“Günel Mövlud heç nə itirməyəcək, Murad Köhnəqala haqqında isə bunu demək çətindir” - MÜSAHİBƏ

“Günel Mövlud heç nə itirməyəcək, Murad Köhnəqala haqqında isə bunu demək çətindir” - MÜSAHİBƏ

25 Noyabr 2013, 14:22

Modern.az çağdaş Azərbaycan ədəbiyyatı, onun problem və perspektivləri barədə yazıçı-jurnalist Rasim Qaracanın müsahibəsini sizlərə təqdim edir:

– Hazırda 10 hekayəlik bir kitab üzərində işləyirəm, fevral ayında tamamlamağı düşünürəm..

– Ədəbi aləmdə sizi qane edən və etməyən məqamlar hansılardı?

– Məni qane etməyən yazıçıların saxtakarlığıdır. Sovetlərdən sonra yazıçılıq artıq prestijli sənət deyil, ancaq yenə də blef edənlər, yazıçı rolunu oynayanlar həddindən çoxdur. İkinci dərəcəlilər meydandan çəkilsə, bu sənət onun əsl sahiblərinin ixtiyarına qalsa ədəbiyyat sahəsində çox böyük inkişafa nail ola bilərik. Qane edən cəhət isə odur ki, həyatımız çox facianədir, burada yazılacaq çox şey var.

Təsisçisi və rəhbəri olduğunuz “Alatoran yayınları”nın işini necə qiymətləndirirsiz? Fikrinizcə, bu layihə ədəbi aləmdəki boşluğu qismən də olsa doldura bildimi?

– Ədəbi aləmdəki boşluğu doldurmaq olmasa da, kitab sektorunun çoxrəngli olmasına biz də öz töhvəmizi veririk. Öz işimi mənfi qiymətləndirirəm. Bu cəmiyyətdə potensialımın yüzdə birini ancaq sərgiləyə bilirəm. 

– AYO-nun əvvəlki  kimi aktiv fəaliyyət göstərməməsinin səbəbləri nədir?

– 10 il əvvəl də elə bu cür olub. Sadəcə dövrə görə iş qaydaları dəyişib. Əvvəllər sözümüzü qəzet və jurnallarla deyirdik, indi kitablarla. Bir çox AYO üzvü könüllü şəkildə sıralarımızı tərk edib, bəziləri yaşamaq üçün xaricə gedib. Eyni zamanda, ədəbi mühitdə tanınan 10-a yaxın qələm adamı bu yaxınlarda AYO sıralarına daxil olub. AYO hələ də Azərbaycan çağdaş ədəbiyyatının avanqardıdır. Ədəbi hadisələri əsasən hələ ki biz yaradırıq.

– Siz necə mühacirətə getmək haqqında düşünmürsüz?

– 8 il mühacirətdə yaşamışam. Vətəndən kənarda yaşamağın nə demək olduğunu bilirəm. Bundan sonrakı həyatımı mühacirətdə yaşamaq istəməzdim.

– Murad Köhnəqala və Günel Mövludun mühacirətə getməyinə münasibətiniz necədi? Onlar nə qazanıb, nə itirəcəklər? 

- Günel Mövludun bir şey itirəcəyini sanmıram, artıq “Meydan” TV ilə müqaviləsi var, dünyanın harasına gedərsə dostların əhatəsində ona yer olacaq. Murad Köhnəqala haqqındasa bunu demək çətindir.

Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?