Modern.az

“Bu gün Cumhuriyyətin dövlətçilik təcrübəsindən istifadə edilməlidi”

“Bu gün Cumhuriyyətin dövlətçilik təcrübəsindən istifadə edilməlidi”

26 Noyabr 2013, 12:28

“Cumhuriyyətin dövlətçilik təcrübəsi bu gün də aktualdı. Bu gün də həmin təcrübədən istifadə edilməlidi. Bunu Modern.az-a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odər deyib. Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi barədə verdiyi sərəncam siyasi mğvqeyindən asılı olmayaraq vətəndaşlarda Cumhuriyyət sevgisinin, istiqlal  təfəkkürünün artmasına səbəb olub. Poeziyası ilə istiqlal savaşçılarından  sayılan Vaqif Bayatlı Odər bu addımdam sonra cəmiyyətdə Cumhuriyyət eşqinin daha da artacağını bildirib:  “Cumhuriyyət Şərqin ilk demokratik Respublikasıdır. Qadınlara ilk dəfə burda səsvermə hüququ verilib. Məh’mməd Əmin kimi şəxsiyyətlər  bu gün hamının içində var. Mənim də içimdə var, sənin də. Bu gün bu addımların atılması cumhuriyyət eşqini daha da artırır. Cumhuriyyətin dövlətçilik təcrübəsi bu gün də aktualdı. Bu gün də həmin təcrübədən istifadə edilməlidi”.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!