Rusiya Qarabağ münaqişəsindən həmuşə öz maraqları üçün istifadə edəcək və məsələ erməni tərəfinin xeyrinə həll olunmayacaq. Modern.az saytı Ermənistan KİV-nə istinadən bildirir ki, bunu noyabrın 26-da keçirilən mətbuat konfransında Ermənistanın keçmiş xarici işlər naziri David Şahnazaryan deyib: “1988-ci ildə başlayan hərəkat zamanı biz əvvəlcə Qarabağdan Rusiya hərbçilərini, sonra azərbaycanlılatı çıxardıq. Milli-azadlıq hərəkatının üzvləri 1988-ci ildə məhz Rusiya hərbçilərinə qarşı döyüşürdü. Qarabağda müharibə Rusiya hərbçilərinin təşkil etdiyi “Dairə” əməliyyatı ilə başlayıb”.