Modern.az

“İlham Əliyev mətbuata tolerantlığı ilə bütün məmurlara nümunə olan insandır”

“İlham Əliyev mətbuata tolerantlığı ilə bütün məmurlara nümunə olan insandır”

Müsahibə

6 May 2010, 13:51

Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarasi əlaqələr komitəsinin sədr müavini Gültəkin Hacibəyli Modern.az saytının suallarını cavablandırır

 

 

- Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın mayın 16-da Azərbaycana səfəri gözlənilir. Səfər çərçivəsində Azərbaycanla Türkiyə arasında qaz sazişinin imzalanması nəzərdə tutulur. Bəzi məlumatlara görə, bu səfərdə əsas məqsəd ABŞ Administrasiyasının Qarabağ məsələsi, Azərbaycanda demokratik islahatların sürətləndirilməsi və qarşıdan gələn seçkilərin demokratik şəkildə həyata keçirilməsi ilə bağlı Azərbaycan rəhbərliyinə mesajlarını çatdırmaqdır. Siz nə düşünürsünüz?

- Rəcəb Tayyib Ərdoğan Azərbaycanla Tükiyənin dost, qardaş, strateji müttəfiq ölkələr olduğunu bildirərək qeyd edib ki, bir millət, iki dövlətinin siyasi rəhbərliyinin təmaslarında da qeyri-təbii heç nə təsəvvür etmək mümkün deyil. Bu baxımdan, Türkiyə baş naziri öz ikinci doğma vətəninə növbəti səfərini edir. Türkiyə baş nazirinin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətlərində müxtəlif məsələlər müzakirə oluna bilər.

- Məsələni konkretləşdirmək olarmı?

- Bu müzakirələr zamanı heç şübhəsiz Azərbaycanı düşündürən, Türkiyəni qayğılandıran, ümumilikdə bölgə üçün prioritet təşkil edən mövzular diskussiya predmetinə çevrilə bilər. Bu məsələlərin də gündəliyini, təbii ki, biz yox, Azərbaycan Prezidenti və Türkiyə baş naziri özləri müəyyənləşdirəcəklər. Buna görə də gəlin tələsməyək və səfərin yekunlarını gözləyək.

- Bizdə demokratiya məsələsi müzakirə mövzusu ola bilərmi?

- Azərbaycanda öncə keçirilən seçkilərlə, məsələn, 2005-ci ilin parlament seçkiləri ilə müqayisədə bu ilki seçkilər qat-qat daha yüksək bir səviyyədə keçiriləcək. Bilirsiniz ki, hər seçkilərdən sonra Avropa təşkilatları bu prosesləri Avropa standartlarına çatmaq istiqamətində irəliyə doğru bir addım kimi dəyərləndirib və mən düşünürəm ki, növbəti seçkilər də öz şəffaflığı, demokratikliyi ilə nəinki Avropa standartlarına doğru daha bir uğurlu addım olacaq, bütövlükdə bu seçkilər Avropa standartlarına tam uyğun seçkilər kimi dəyərləndiriləcək. Bunun üçün də hər cür imkanlar, şərait var. Eyni zamanda düşünürəm ki, seçkilərin daha şəffaf, daha demokratik bir şəkildə reallaşması ilə Azərbaycan, doğrudan da, demokratiya quruculuğu istiqamətində yeni bir mərhələyə qədəm qoyacaq.

- Azərbaycanda mətbuata yönəlik siyasəti necə qiymətləndirirsiniz?

- 3 may - Söz Azadlığının Müdafiəsi günündə bir sıra beynəlxalq təşkilatlar Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin adını öz hesabatlarında mənfi çalarda işıqlandırmışdılar. Bununla yanaşı, ABŞ prezidenti Barak Obama həmin günlə bağlı növbəti müraciətində ötən illə müqayisədə bu il Azərbaycanın adını çəkməmiş, yəni, ölkəmizin adını söz və mətbuat azadlığı sahəsində azad olmayan ölkələr sırasına daxil etməmişdi. Azərbaycan dövlət başçısının adının müəyyən siyahılara, hesabatlara salınmasını ədalətsiz yanaşma hesab edirəm. Ümumiyyətlə, İlham Əliyev Azərbaycanda mətbuata tolerantlığı ilə bütün məmurlara nümunə ola biləcək bir insandır. Əslində ölkə prezidentinin şərəf və ləyaqəti Azərbaycan qanunvericiliyi ilə qorunur, Prezident bütövlükdə xalqı təmsil edən bir insandır. Xalqın vəhdətini, birliyini təmin, təmsil edən bir şəxsdir. Bu baxımdan, Prezidentin şərəf və ləyaqətini qorumaq hər bir vətəndaşın borcudur. Bu yerdə onu xüsusilə qeyd etmək istəyirəm ki, bir çox hallarda bəzi mətbu orqanlarımızda Prezident, onun ailəsi haqqında nəinki tənqidlər, hətta təhqirlər, böhtan xarakterli yazılar özünə yer alır. Lakin bu günə qədər bəzi məmurlarımızın bir çoxundan fərqli olaraq, İlham Əliyev cənabları barəsində ən çox böhtanlar səslənməsinə, ən çox ədalətsizliklərə məruz qalan bir insan olmasına baxmayaraq, bu cür yazılara öz dözümlülüyü ilə seçilib. Yəni, hər zaman ölkə prezidentini bu baxımdan məmurlarımız üçün nümunə hesab etmişəm. - Mətbuatın problemləri barədə nə düşünürsünüz? - Son zamanlar Azərbaycanda mətbuatın dəstəklənməsi istiqamətində bir sıra addımlar atılıb, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə bir çox mətbu orqanların, o cümlədən müxalifət mətbuatının layihələri dəstəklənib. Düşünürəm ki, bundan sonra da mətbuatımıza dövlət qayğısı artırılmalıdır. Çünki hələ də mətbuatımızda bəzi problemlər var. İlk növbədə də mətbuatın sosial təminatı, jurnalistlərimizin həyat şəraitlərinin yaxşılaşdırılması ilə bağlı çox ciddi problemlərimiz var. Bu baxımdan düşünürəm ki, bu problemlər, doğrudan da, qısa bir müddətdə aradan qaldırılmalıdır.

        Kamil Həmzəoğlu

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi