Modern.az

Azərbaycandakı milli azlıqlarla bağlı kitab nəşr olunub

Azərbaycandakı milli azlıqlarla bağlı kitab nəşr olunub

Qarabağ

6 May 2010, 14:14

Mayın 6-da Azərbaycan Media Mərkəzində “Azərbaycanda yaşayan milli azlıqların nəşrləri” adlı kitabın təqdimatı olub. Modern.az xəbər verir ki, kitabın müəllifi Bakı Dövlət Universitetinin baş müəllimi Nəsiman Yaqubludur. Təqdimatda çıxış edən N.Yaqublu bildirib ki, kitab Açıq Cəmiyyət İnstitutu –Yardim fondunun dəstəyi ilə və “Jurnalist” qəzetinin layihəsi çərçivəsində hazırlanıb. N.Yaqublu bildirib ki, Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bu mövzuda kitab nəşr olunur. Kitabda Azərbaycanda yaşamış və hazırda yaşayan milli azlıqların nəşr nümunələri sistemli şəkildə araşdırılıb öyrənilərək onlar barəsində maraqlı məlumatlar verilib. Əsasən rus, polyak, gürcü, erməni, ləzgi, kürd, talış dillərində nəşr edilmiş qəzetlərin adları və nəşr tarixləri göstərilməklə yanaşı, bəzilərindən seçilmiş nümünələr də kitaba daxil edilib.

N. Yaqublu bildirib ki, kitab jurnalist təşkilatlarının, qeyri-hökumət təşkilatlarının, elektron media təmsilçilərinin, jurnalistlərin,  jurnalistika fakültəsinin tələbələri üçun nəzərdə tutulub və onlara pulsuz olaraq paylanılacaq.     Mail Ağaxanov

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi