Modern.az

“Oda” teatrının aktyoru: “Dekabrın 1-dən "Zirzəmi"dən çıxacağıq”

“Oda” teatrının aktyoru: “Dekabrın 1-dən "Zirzəmi"dən çıxacağıq”

27 Noyabr 2013, 11:49


Bakıdakı həvəskar “Oda” teatrına fəaliyyət göstərmək üçün kirayələdikləri yeri - zirzəmini tərk etməyə 5 gün vaxt verilib.
Teatr ətrafında yaranmış gərginliklə bağlı “Oda”nın aktyoru və təsisçisi Elmin Bədəlov Modern.az-a bunları deyib:

“Bizə 5 gün vaxt verilib, dekabrın 1-nə qədər burdan çıxmalıyıq. Noyabrın 23-də polis əməkdaşları qanunsuz olaraq zirzəmidə axtarış apardı. Səbəb kimi isə guya qonşuların bizdən 102-yə şikayət etməsi göstərildi. Qarşı tərəf isə israrla şikayətçi olmadığını deyir. Məntiqlə düşünəndə də qonşu şikayətçi olsa, birinci bizə gəlib irad bildirərdi, hansı ki, həmin insanlar təmir zamanı bizə nə qədər köməklik edib”.

“Oda” teatrının aktyoru deyib ki, bu qanunsuz araşdırma ilə bağlı məhkəməyə müraciət edəcəklər. “Bir neçə tanınmış vəkil bu işdə bizi müdafiə edəcək. Araşdırma aparılan günü bizə həm maddi, həm də mənəvi ziyan dəyib. Tamaşaçı kontingenti bizdən narazı gedib”.

Aktyorun dediyinə görə, polisin onları zirzəmidən çıxarmağa haqqı yoxdur. ”Bizim əməlimizdə cinayət tərkibli bir şey yoxdur. Mədəniyyəti siyasətlə niyə qarışdırırlar, anlamırıq. Biz Azərbaycan teatrında yenilik etmişik, yetərincə tamaşaçılarımız var. Digər teatrlar həmişə nəzarət daxilində fəaliyyət göstərirlər. Biz isə yox.

Bizə maraqlı deyil tamaşalarımızı izləməyə gələn müxalifətdəndir, ya da YAP-çıdır. Bizim üçün tamaşaçı və səhnə var”.

E.Bədəlov deyir ki, əvvələr gün ərzində bir tamaça oynayırdılarsa, şənbə günü isə bu haqsızlığa cavab olaraq gün ərzində 3 tamaşa göstərəcəklər. Saat13:00, 15:00, 19:00-da.
“Çünki bazar günü buranı tərk etməliyik. Zizəmini bağlaya bilərlər, ama bizim fəaliyyətimizi heç vaxt dayandıra bilməyəcəklər. Biz bunun üçün mübarizə aparacağıq”.

“Oda” dekabrın 1-dən Topçubaşov küçəsi 40 ünvanında yerləşən zirzəmidə fəaliyyətini dayandıracaq.

Gülşən Raufqızı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir