Modern.az

Dillər Universitetində Şuşa anılıb

Dillər Universitetində Şuşa anılıb

Qarabağ

6 May 2010, 14:26

 

Bu gün  Azərbaycan Dillər Universitetində (ADU) ADU-nun Filologiya fakültəsinin dekanı, professor Fikrət Cahangirovun, fakültə nəzdində olan Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Svetlana Cəbrayılovanın  təşkilatçılığı və həmin kafedranın dosenti Həmidə Əliyevanın rəhbərliyi ilə Şuşanın işğalının 18-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Universitetin professor - müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Şuşa haqqında film nümayiş etdirilib və ADU-nun tələbələri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Eyni zamanda tədbirdə tələbələr səhnəcik də nümayiş etdiriblər. Səhnəcik vasitəsilə tələbələr ermənilərin “insan” olaraq mənəvi dünyalarını və iç üzlərini göstərib, bir erməninin qəlbində nəinki sevgiyə, heç mərhəmətə belə yer olmadığını ən ali səviyyədə tədbir iştirakçılarının nəzərinə çatdırıblar. Onlar ermənilərin dünyaya yaşamaq üçün deyil, öldürmək və bundan qeyri –insani tərzdə həzz aldıqlarını nümayiş etdiriblər.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir