Modern.az

Xalq artistinin işdən azad etdiyi vəkil: “İlhamə Quliyeva istədiyi qədər danışa bilər...”

Xalq artistinin işdən azad etdiyi vəkil: “İlhamə Quliyeva istədiyi qədər danışa bilər...”

Mədəni̇yyət

28 Noyabr 2013, 14:40

“Mən İlhamə xanımla 5 il çalışdım, onun iddia etdiyi bütün məhkəmələri uddum. Amma sonda onunla yollarımız ayrıldı”. Bunu Modern.az saytına açıqlamasında tanınmış vəkil Şəfiqə Nağıyeva deyib.

Qeyd edək ki, xalq artisti İlhamə Quliyeva bu yaxınlarda öz komandasından imtina edərək, uzun müddət birgə çalışdığı şəxslərlə yollarını ayırıb. İlhamə Quliyeva vəkili Şəfiqə Nağıyevadanda imtina edib. Xalq artistinin mətbuat xidməti bəyan edib ki, Şəfiqə Nağıyevanın vəkil kimi işinə məsuliyyətsiz yanaşdığından İlhamə xanım onu işdən azad edib.

“Mən obyektiv insanam, istənilən mövzuya həmişə münasibət bildirmişəm. Bu mövzuda isə geniş danışmaq istəmirəm, üzrlü hesab edin. İlhamə Quliyeva istədiyi qədər açıqlama verə bilər, amma mən danışmayacağam”, – deyə Şəfiqə Nağıyeva əlavə edib.

Qeyd edək ki, İlhamə Quliyeva öz komandasını istefaya göndərəndən sonra, onun geri qaytardığı yeganə şəxs mətbuat katibi Faiq Ələkbərov olub. Bəzi məlumatlara görə, İlhamə Quliyevanın köhnə komandasını buraxmasına səbəb daxili söz-söhbəti kənara çıxarmaları, mətbuata sızdırmaları olub. Məsələn, İlhamə Quliyevanın Nazpərinin əleyhinə dediyi sözlərin mətbuata çıxmasında köhnə komandasının üzvlərindən şübhələndiyi bildirilir..

Gülşən Raufqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?