Modern.az

Prezidentlə görüş istəyən silahlı adam yaxalanıb

Prezidentlə görüş istəyən silahlı adam yaxalanıb

29 Noyabr 2013, 13:16

Səhər tezdən Çankaya Köşkünə gələn adam çantasındakı əşyaların şifrəli olduğunu, şifrəni yalnız pezident Abdullah Gülün həll edilə biləcəyini deyərək görüş tələb edib.
Modern.az.saytı Türkiyə KİV-nə istinadən bildirir ki, hadisə noyabrın 25-də Türliyə vaxtı ilə səhər saat 7 radələrində olub. 33 yaşlı iki uşaq atası Məmməd Saleh Atlının çantasına baxış zamanı oradan sənədsiz tapança, 8 ədəd güllə və narkotik maddə çıxıb. O, prezident Güllə görüşərək ona bəzi şeylər vermək istədiyini deyirmiş. Prezidentin mühafizə dəstəsinin saxladığı Atlı hadisə yerinə gələn polis qrupuna təslim edilib. Onun həmin gün səhər tezdən Malatyadan gəldiyi məlum olub. Araşdırma zamanı məlum olub ki, prezidentlə görüşmək istəyi ilə Çankaya Köşkünə gələn Atlı əvvəllər təhdid, cinsi zorakılıq, yaralama və fırıldaqçılıq cinayətlərində təqsirli bilinib.

    Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir