Modern.az

Uşaq ədəbiyyatı istehsal edən nəşriyyatlar ƏDV-dən AZAD edildi

Uşaq ədəbiyyatı istehsal edən nəşriyyatlar ƏDV-dən AZAD edildi

30 Noyabr 2013, 10:07

Orta məktəblər üçün dərslik və uşaq ədəbiyyatı istehsalı ilə məşğul olan nəşriyyatlar əlavə dəyər vergisindən azad edilir. Modern.az bildirir ki, bu barədə olan müvafiq dəyişiklik Milli Məclisin növbəti plenar iclasının gündəliyinə daxil edilib.  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanuna dəyişikliklərə  görə, bəzi fəaliyət növləri  Əlavə Dəyər Vergisindən azad ediləcək.

Təklif edilən dəyişiklik qanunun 164-cü maddəsi ilə bağlıdır. Qanuna  daxil edilmiş 164.1-8 bəndinə görə, ümumtəhsil müəssələri  üçün dərslik kompleksləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyyat və poliqrafiya fəaliyyəti  göstərən təşkilatlardan ƏDV tutulmayacaq.

Qanun layihəsi Milli Məclisin dekabrın 3-də keçirləcək plenar iclasının gündəliyinə daxil edilib.

 

 

X. SƏFƏROĞLU  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI