Modern.az

“Qarabağ Yaddaş” kitabı hazırlanıb

“Qarabağ Yaddaş” kitabı hazırlanıb

6 May 2010, 18:12

“Sağlam İnkişaf və Maarifləndirmə” İctimai Birliyi Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “İşğal altındakı torpaqlarımızı unutmayaq” layihəsi çərçivəsində “Qarabağ Yaddaş” kitabını yeniyetmə və gənclərə təqdim edib. Birliyin sədri Anar Xəlilovun Modern.az-a bildirdiyinə görə, nəfis tərtibatda çap olmunuş kitabda erməni işğalçıları tərəfindən zəbt olunaraq 18 ilə yaxin müddətdə işğal altında saxlanılan  Azərbaycan əraziləri barəsində ətraflı məlumat verilib: “Layihə çərçivəsində tək kitab yox, üç dildə CD disk və divar kağızlarının hazırlanması da nəzərdə tutulmuşdu. CD disk və divar kağızının çapından sonra layihənin icrasına əsasən “Qarabağ Yaddaş” kitabın hazırlanması prosessinə başlanıldı və çox uğurlu bir iş alındığını söyləmək mümkündür”. Layihə müəllifinin sözlərinə görə yeniyetmələr və gənclər üçün nəzərdə tutulan bu kitabı uşaqlar üçün məlumat enkslopediyası da adlandırmaq mümkündür: “Bizim məqsədimiz ondan ibarətdir ki, heç zaman Qarabağda olmayan gənclərimiz və ya məcburi köçkünlük zamanı kiçik yaşlarda olan qarabağlı gənclər işğal altında olan Azərbaycan torpaqları altında müfassəl məlumata sahib olsunlar. Kitaba ön sözü yazan Azərbaycan Respublikası “Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov da gənclərimizə bununla bağlı öz sözlərini ünvanlayıb. Bundan əlavə, düşünürəm ki, bu kitab gənclərimizdə vətənpərvərlik ruhunun və mübarizə əzminin daha da güclənməsi istiqamətinə hədəflənmiş bir addım kimi də sayıla bilər. Digər tərəfdən kitabın mayin 8-i Şuşanın işğalı ərəfəsində çap olunması isə ölkə gənclərimizin il boyu Qarabağ həqiqətlərinin istər yerli gənclər arasında, istərsədə beynəlxalq gənclər şəbəkələri arasında daim təbliğ olunmasında gördüyü işlərin bariz nümunəsi hesab edilə bilər”.

Xatırladaq ki, bu günə kimi birlik tərəfindən Qarabağ həqiqətlərinin təbliği ilə bağlı bir sıra layihələr reallaşmışdır. Buraya  üç dildə - rus, ingilis və azərbaycan dillərində “ Qarabağ abidələri” kitabı və CD diski , “Qarabağ abidələri” saytı  - www.karabakhmonuments.az  və digər təbliğat vasitələri daxildir. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?