Modern.az

“Azadlıq” qəzetinin keçmiş baş redaktoru ABŞ-a köçüb - FOTOLAR

“Azadlıq” qəzetinin keçmiş baş redaktoru ABŞ-a köçüb - FOTOLAR

30 Noyabr 2013, 13:58

Azərbaycanın tanınmış jurnalısti, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli Amerika Birləşmiş Ştatlarına köçüb. Modern.az saytı bildirir ki, bu barədə İTV-nin proqram aparıcısı, telejurnalist Vəsilə Vahidqızı öz internet səhifəsində yazıb.

“Jurnalistikadan da getdi, Azərbaycandan da. Uzaq Amerikaya getdi. Dostumuzun adına sevinsək də, bir yandan daim kədərlənirik. Kimlər getdi.....”-deyə Vəsilə xanım yazıb. O, internetdə Gündüz Tahirlinin əks olunduğu son fotoları da paylaşıb.

Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabirin nəvəsi olan Gündüz Tahirlı 1994- 2001-ci illərdə “Azadlıq” qəzetinin baş redaktoru olub. 2001-ci ilin sonlarında “Yeni Yüzil” qəzetini açıb, 2002-ci ilin aprelində qəzet fəaliyyətini dayandırıb. Bundan sonra G.Tahirli aktiv jurnalistlik fəaliyyətinə son verərək, biznes sektoruna gedib. O, uzun müddət idi gündəmdə deyildi.








Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi