Modern.az

Hollivudun "Forsaj"dakı ulduzu qəzada öldü

Hollivudun "Forsaj"dakı ulduzu qəzada öldü

1 Dekabr 2013, 12:54

“Forsaj” filminin aktyoru qəzada öldü

Holivud ulduzu, The Fast and the Furious (“Sürətli və hirsli”) filmində rol almış amerikalı aktyor Pol Uolker 40 yaşında Los-Ancelesdə baş verən yol qəzasında dünyasını dəyişib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, iki nəfərin öldüyü qəzada Paul Uolker sərnişin kimi avtomobildə olub. 15 yaşında bir qızı olan ulduz aktyorun son olaraq altıncısı çəkilən The Fast and the Furious filminin yeddincisi üçün prodüser firma ilə çalışmaqda olduğu bildirildi.

1980-ci illərin sonunda modelliyə başlayan Pol Uolker aktyorluq karyerasına Monster In The Closet (1987) və Tammy and the T-Rex-in (1994) daxil olduğu aşağı büdcəli B sinfi filmlərlə başlayıb. 1993-cü ildə The Young and The Restless-da qısa bir müddət rol alıb. 1998-ci ildə oynadığı və əla salan tənqidlər alan Meet the Deedles-dakı roluyla ilk dəfə geniş bir kütləyə çatıb. Sonra Reese Vitherspoonla oynadığı və məktəb komandasında oynayan bir basketbolçunu canlandırdığı Pleasentville filmi ilə yaxşı qarşılanıb. 1999-2001 illər arasında isə gənc tamaşaçıya xitab edilən She’s All That ve Varsity Blue kimi filmlərdə oynayıb.
Pol Uolker məşhur "Forsaj" filmindən da tamaşaçıların yaddaşında qalıb.

Misranə Həsənzadə

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir