Modern.az

Hay gedənlər...

Hay gedənlər...

Aktual

1 Dekabr 2013, 20:51

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Ermənilərin ölkələrini tərk etmələri məni olduqca pərişan edir

Azərbaycanda “Gənclik” adlı yeni nəfəsli müasir rəngli jurnalın nəşri mənim yeniyetmə vaxtlarıma düşüb. Bu hardasa, ötən əsrin 80-ci illərinin ikinci yarısına təsadüf edir. O zaman bu jurnalın hansı sayında və müəllifinin kim olmasını unutsam da, amma bütün ictimaiyyətin marağına səbəb olan “Gedənlər” adlı bir maraqlı məqalə dərc olunmuşdu. Məqalənin məzmunu isə gənclərimizin vətəni qoyub digər ölkələrə getmələri ilə bağlı idi. Məqalədə “gedənlər” sanki hamının qınaq obyektinə çevrilirdi və gənclərin bu addımı hamını pərişan edirdi. Hələ bu o zaman idi ki, vətənimizin biləklərinə “Qarabağ”la qara düyün vurulmamışdı.

Bu gün Azərbaycan mass-mediasında yayımlanan xəbərlərdə, ermənilərin günbəgün öz ölkələrini kütləvi şəkildə necə tərk edib başqa ölkələrə getmələri barədə çox tez-tez eşidirik. Maraqlı burasıdır ki, bu xəbərlərlə sanki bizə təskinlik verilir. Yəni, baxın ermənilər aclıq və səfalətdən qurtulmaq üçün, ölkələrini tərk edərək qaçıb gedirlər. Bu gedişlə Ermənistan hakimiyyəti yaranmış iqtisadi-siyasi böhrana tab gətirməyib “yıxılacaq” və özləri öz əlləri ilə işğal etdikləri bizim torpaqları geri qaytaracaqlar. Hərçənd bunu mən də çox istəsəm də, amma özümü bu qədər sadəlövh hesab etmirəm. Çünki burada belə bir sual çıxır ortaya, məgər Azərbaycan torpaqlarını ermənilər öz gücünəmi işğal edib ki, onlar da onu geri qaytarsınlar? Ermənistan Qafqazda istər quberniya, istərsə də respublika kimi “yaradıldığı” ilk gündən bu günə kimi “ölkəyə bənzər” görünsə də, amma həmişə Rusiyanın hərbi poliqonu olub. Hər halda belə olmasaydı yüksək səviyyəli Rusiya məmuru onu açıq-aşkar özlərinin “forpostu” adlandırmazdı. Hazırda Ermənistan Rusiyaya borclarını qaytarmaq üçün, demək olar ki bütün böyük obyektlərini Rusiyaya “icarəyə” verib. Bu yaxınlarda Ermənistanın Gümrü şəhəri az qala elə ermənilərin özlərinə qapalı şəhər olacaqdı. Necə ki Sovet döründə bizim İranla sərhəd olan cənub rayonlarına getmək istəyən başqa rayonların sakinlərindən xüsusi “buraxılış” vərəqi tələb olunduğu kimi, onlardan da Gümrüyə getmək üçün belə bir icazə vərəqi tələb olunmuşdu. Bu o deməkdir ki, yəni ermənilər artıq “öz” respublikalarında Rusiyanın köləsinə çevriliblər. Güman etmək olar ki, ermənilərin öz ölkələrini tərk edib getmələri sanki birbaşa Rusiyanın marağında olan məsələdir. Çünki Ermənistan Rusiyaya onun hərbiçilərinin əl-ayaqlarına dolaşan ac ermənilərlə birgə olmaqdansa, tamamilə boşaldılmış, yalnız hərbi şəhərçiklərdən ibarət və NATO dövləti olan Türkiyəyə qarşı hərbi bazalarını yerləşdirmiş poliqon kimi daha çox sərfəlidir. Bütün bu siyasi oyunbazlıqların nəticəsində Ermənistanı bürüyən işsizlik, aclıq və səfalət erməniləri öz ölkələrindən didərgin salır.

Düzü ermənilərin ölkələrini tərk etmələri məni olduqca pərişan edir. Amma nə etmək olar ki, tərkiməkanlıq ermənilərdə həm də irsi bir məsələdir. Onlar tarix boyu daimi yaşayış tərzinə uyğunlaşmaqda həmişə çətinlik çəkiblər. Təbii ki bu heç də səbəbsiz deyil.

Məşhur rus alimi, jurnalist və tarixçi V.L.Veliçko hələ 1904-cü ildə Sankt Peterburqda nəşr olunan, özünün “Qafqaz” rus işi və tayfalararası məsələlər - kitabında bir çox ermənilərin mənşəcə kim olduqlarını, elə ermənilərin 1897-ci ildə nəşr etdikləri “Murç” jurnalında çap olunan “Qaraçılardan olan ermənilər” adlı məqaləyə istinadən açıqlayır. Bu məqalədə qeyd olunur ki, “Yer üzündə yalnız vətəni və öz dili olmayan iki xalq var: bu, yəhudilər və qaraçılardır. Nə Asiya tiranlığı, nə qəddar orta əsrlər dövrünün təqibləri, nə də hətta müasir dövrün hümanist mədəniyyəti onları başqa xalqlara assimilyasiya edə bilmədilər... Hər yerdə, istər Asiyada, istərsə də Avropada qaraçılar qaraçı, yəhudilər isə yəhudi kimi dəyişməz olaraq qalırlar. Yalnız erməni xalqına müəssər olub ki, qaraçıları assimilyasiya edə bilib”. Özüdə müəllif israrlı şəkildə qeyd edir ki, “mən bunu havadan deyil, etibarlı faktlara əsaslanaraq deyirəm. Bundan sonra qaraçılar ermənilərə qaynayıb qarışaraq erməniləşdilər”. (Qeyd edim ki tarixi mənbələrdə bir çox albanların da erməniləşməsinə rast gəlmək olur...M.A.).

Nə isə, şübhəsiz ki əgər V.L.Veliçko bizim tarixçimiz olsaydı, yəqin onda bir az şübhə etməyə dəyərdi ki hardasa tarixçi alimimiz milli mənafeyimizi qorumaq naminə belə yazmaq məcburiyyətində qalıb və tarixi təhrif edib. Halbuki bizim tarixçilər ermənilərdən fərqli olaraq nəinki yalandan tarix uydururlar, hətta faktlarla dolu olan həqiqi tariximizi belə çox çətinliklə təsdiq etdirə bilirlər. Bu mənada nə yaxşı ki, Veliçko heç müsəlman da deyil.

Aydın məsələdir ki hər bir xalqın “qarışığı” var. Əgər Adəm və Həvvanı bir yana qoysaq, tarix boyu aparılmış müharibələrin fonunda istənilən xalqın qanında dəyişikliklər baş verib. Kimi türkləşib, ərəbləşib, monqollaşıb, almanlaşıb və beləliklə bu və ya digər səbəblərdən başqa xalqlara assimiliyasiya olunub. Ermənilərin təbiətində olan dilənçilik, ağlayaraq özlərini məzlum göstərmək və bu məzlumluğun altında gizlədilən biclik, oğuruçuluq, yalançılıq və xainlik onların qaraçılarla qarışıq, hətta daha çox elə qaraçı olmalarını açıq aydın sübut edir. 1988-ci ilin dekabrında Ermənistanda zəlzələ nəticəsində Spitak və Leninakan “batanda”, beton döşəmənin altından güclə çıxarılan yarımcan vəziyyətdə olan erməni qarının o zaman SSRİ-nin məsul şəxslərindən biri olan Rıjkova müraciət edərək “Qarabağı verin bizə” demə fürsəti, sanki bu erməni qadının əlinə göydən deyil, “yerin altından” düşmüşdü. Çünki özünü məzlum kimi göstərmək üçün təbiətin bu erməni qarısına “bəxş” etdiyi bu “gözəl” fürsəti heç vaxt qaçırmaq olmazdı. Biz birdəfəlik nəzərə almalıyıq ki, “əlaçanlıq” və ya dilənçi kimi özünü məzlum halda cəmiyyətə təqdim etmə üsulu qaraçılarla yanaşı, həm də elə ermənilərə xas olan “keyfiyyətdir”. Onlar bir-birinə elə qaynayıb-qarışıblar ki, onu biz istəsək də ayıra bilmərik. Bu arada bəzi şivələrimizdə işlək olan “hayqaraçılıq” sözünə də diqqət yetirsək, heç də pis olmaz. Belə ki, bu sözü biz daha çox heç nə nədən boş yerə vay şivənlik edənlərə, haray-həşir salanlara şamil edirik. Maraqlı olan burasıdır ki, belə adamları sakitləşdirmək üçün, biz həm də “hayqaraçılıq” etmə deyirik. Yəni “hay” və “qaraçı”çılıq. Nə isə, bu sözə hörmətli dilçilərimiz, konkret olaraq dialektoloqlarımız fikir bildirsələr daha məqsədəuyğun olar.

Serj ve Rita Sarkisyan «KarinMüzik ve Dans Ansamblı»  konserine katıldılar

Doğrusu, yuxarıda qeyd etdiyim kimi ermənilərin işsizlik və iqtisadi-siyasi böhran üzündən ölkələrini tərk edib yaxşı həyat axtarışı üçün başqa ölkələrə getmələri çoxlarını sevindirsə də məni çox məyus edir. Əlbəttə, mənim onların halına “yanmağım” sizi qıcıqlandıra bilər, amma nə edim ki məndə olan bu “canıyananlıq” özümdən asılı deyil. Sadəcə olaraq mövcud vəziyyət belə tələb edir. Məsələ burasındadır ki, ermənilər yad yerlərdə bizdən fərqli olaraq özlərini həddindən artıq çox rahat hiss edirlər. Çox güman dilimizdəki “yersiz gəldi yerli qaç” deyiminin yaranmasına səbəb elə məncə ermənilər olub. Bunu xüsusilə təsdiq etməyə heç ehtiyac da yoxdur. Onlar yad yerlərdə işləyib maddi imkana malik olduqca, yaşadıqları istənilən ölkənin məmurlarına çox rahatlıqla “yol” tapıb və bir çox arzularına nail ola bilirlər. Beləliklə, gedən ermənilərin sayı xarici ölkələrdə güngündən çoxaldıqca onlar əvvəldən mövcud olan ictimai diaspor təşkilatları sıralarına qəbul olub və getdikcə lobbiləşirlər. Ən əsası isə odur ki, bir vaxtlar kasıbçılıq və iqtisadi-siyasi böhran üzündən ölkələrinə və hökumətlərinə nifrət edib didərgin düşən bu “hay”lar, öz çirkin ideyaları ətrafında sıx birləşib bizə qarşı antiazərbaycan təbliğatı apara bilirlər.

Bütün bunlarla yanaşı nə qədər paradoksal olsa da, bir vaxtlar dövlətlərindən inçik düşüb əsl qaraçı həyatı yaşayan həmin ermənilər, müəyyən maddi imkana sahib olduqdan sonra, öz milli mənafeləri naminə iyanələr toplayıb Ermənistanın yaşaması üçün öz ölkələrinə göndərirlər. Bu isə Ermənistanın bir dövlət kimi sürünə-sürünə də olsa yaşamasına hələlik müəyyən qədər kömək edir. Maraqlıdır, bu arada adama elə gəlir ki Ermənistan rəhbərliyi öz vətəndaşlarını düşünülmüş şəkildə didərgin salır. Necə ki ana arı və ya ana qarışqa öz ailələrinin qida ilə təmin olunması üçün yerdə qalanları səfərbər edib işləməyə göndərdiyi kimi.

Biz nəzərə almalıyıq ki, ermənilər sonuncu erməniyə qədər ölkələrini tərk etsələr də və Ermənistan prezidenti S.Sarkisyan öz zövcəsi ilə orada ikisi qalsa belə, güman edirəm ki Qarabağ probleminin həllində heç nə dəyişməyəcək. Məgər biz öz torpaqlarımızı ermənilərə görəmi geri ala bilmirik? Necə düşünürsünüz bu gün Uzaq Şərqdə Kuril adalarında çoxmu yaşayan var? Bəs onda Sovet hökumətinin ikinci dünya müharibəsinin sonlarında zəbt etdiyi bu adaları onun bu günkü sələfi olan Rusiya Yaponiyaya niyə qaytarmır?

Bütün bunlar mənə əsas verir ki, biz bir vaxtlar öz “Gedənlər”imizin gedişinə sevinmədiyimiz kimi, bu gün elə öz ölkələrindən gedən ermənilərin də gedişinə sevinməməliyik. Məncə, ermənilər öz ölkələrində qalıb iqtisadi-siyasi böhrandan əziyyət çəkərək nəhayət ki, həm iqtisadi, həm də siyasi dirçəlişlərinin nicat yolunun Türkiyə və Azərbaycandan keçdiyini dərk etsələr bizim üçün daha yaxşı olar. Belə olan halda səfalətdən can qurtarmaq üçün, onlar həm Rusiya əsarətinə, həm də öz hakimiyyətlərinə xalq və ya toplum kimi yox deyərək, təzyiq edə bilərlər. Beləliklə ermənilər Qarabağın düyününü Rusiyanın əlindən alıb açmış olarlar, eləcə də digər qonşu ölkələrin torpaqlarına olan iddialarından daşınar və nəhayət hazır ki ağır durumdan özlərini birdəfəlik qurtara bilərlər. Odur ki “hay” gedənlər yaxşı olar ki geri qayıdın!

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi