Modern.az

Rusiya ordusunun Ukraynaya yeridilməsi təklif olundu

Rusiya ordusunun Ukraynaya yeridilməsi təklif olundu

2 Dekabr 2013, 11:38

Sevastopol Şəhər Sovetinin deputatı Sergey Smolyaninov Rusiya ordusunun Ukraynaya yeridilməsi təklifi ilə çıxış edib. Modern.az saytı Rusiya KİV-nə istinadən bildirir ki, o bu məqsədlə Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciət müəllifi bəyan edib ki, hazırda respublikada qərbin xüsusi xidmət orqanları və onların agentləri qanuni hakimiyyətin devrilməsinə, mitinqlərin keçirilməsinə və ABŞ-ın maliyyələşdirdiyi KİV-də informasiya hücumunun təşkilinə təşəbbüs göstərilir. Bu səbəbdən deputat Rusiya prezidentindən ölkənin suverenliyinin, Krımda və digər regionlarda yaşayan rus əhalisinin müdafiəsi üçün hərbi və digər yardımların göstərilməsini xahiş edir. Bu təşəbbüsün dəstəklənməsi üçün sosial şəbəkələrdə dəstək kampaniyası təşkil olunub. 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir