Modern.az

"Piar Servis" fəaliyyətə başlayıb

"Piar Servis" fəaliyyətə başlayıb

7 May 2010, 09:52

Azərbaycanda sahibkarlıq subyektləri ilə ictimaiyyətin qarşılıqlı və faydalı əlaqələrini möhkəmləndirmək, istehlakçılara xidmət göstərən müəssisə və təşkilatların ictimai rəydə tanıdılmasına nail olmaq, sahibkarlıq sektorunda baş verən yeniliklərlə ictimaiyyəti müntəzəm tanış etmək məqsədilə yeni bir qurum-"Piar Servis" Mərkəzi fəaliyyətə başlayıb.

“Piar Servis”in baş direktoru, jurnalist və marketoloq Azər Niftiyevin verdiyi məlumata görə, belə bir qurumun yaradılmasına ictimai maraq var: “Müəssisələrin çox olduğu bir şəraitdə istehlakçıların seçim etmək imkanları azalıb. Bunun nəticəsində bəzən istehlakçılar keyfiyyətsiz məhsul və xidmətlərə üz tutmalı olurlar. Biz də öz növbəmizdə istehlakçıların hüquqlarını qorumaq, onlara xidmət göstərən müəssisələrin fəaliyyəti haqqında məlumatlar yaymaq niyyətindəyik. Müntəzəm olaraq qurumun Azərbaycanda müxtəlif sahələr üzrə fəaliyyət göstərən müəssisələrin bu günkü durumu, onların perspektivləri ilə bağlı analitik yazıları və hesabatları dərc olunacaq. Bununla yanaşı sahibkarlıq sektorunda baş verən yeniliklərlə bağlı da oxucuları məlumatlandırmağı nəzərdə tuturuq.”

Bütün media qurumları ilə faydalı münasibətlər qurmaq niyyətində olduqlarını söyləyən A.Niftiyev deyib ki, mərkəzin rəsmi informasiya dəstəkçisi Qaynar.info Milli Xəbər Portalıdır: “Amma buna baxmayaraq, bütün mətbu orqanlardan dəstək gözləyirik” .

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?