Modern.az

Ədəbiyyatımızın bu günkü Varisi…

Ədəbiyyatımızın bu günkü Varisi…

3 Dekabr 2013, 09:53

 …Mən onu belə tanıyıram

Nə yazsa  qəbul edilir, hansı işin arxasınca getsə uğur qazanır.  Bu onun taleyidir. Qibtə etmədiyim, uğurlarına sevindiyim,  dostlarının çoxundan çox tanıdığm Varis YOLÇUYEV.  Ona görə yaxşı tanıyıram ki, gəncliyimizin ən məhsuldar dövrü bir yerdə keçib. Gecələrimizi gündüz edib, 1991-ci ildə Müstəqilliyimizin ilk qaranquşu kimi ərsəyə gətirdiyi  “168 saat” qəzetini  respublikada birinci qəzet etdik.  Cəmiyyətin siyasiləşdiyi bir vaxtda   qaranquş kimi Sumqayıtda qanad açan bu qəzet, sonralar  respublikamızın hüdudlarından çıxıb , xarici ölkələrə də müjdə apardı. Dəfələrlə  qiymətli ödüllərə, adlara layiq görüldü. 

    “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin  “Ekran -Efir” qəzetinə yeni nəfəs gətirdi.  Cəmiyyətin “ TV plyus” jurnalı isə Varisin əlində mübarək oldu.  Televiziyaya informasiya və texnologiyalar məkanında  yeni bir imic qazandırdı.

 …O,  mənim  tanıdığım Varisdir.  Kənardan  bir az soyuq, özündən razı görünən Varisdir.  Lakin  qəlbində həmişə böyük sevgiləri olub. O sevgilərini  qəzetlərə sığışdıra bilmədi.  Tale yükü olan kitablarına verdi.  Yaxşı kitab, yazıçının  ona verdiyi həyatı , yaşamıdır.  Hələ  20 yaında Azərbaycan Dövlət Universitetinin tələbəsi olanda onun  istedadını  İsmayıl Şıxlı dəyərləndirmişdi. İlk yazılarını “Ulduz” ədəbi jurnalında  verərək, ürək sözü yazıb bildirmişdi ki, ədəbiyyata yeni nəfəs gəlir, yeni səs gəlir. Xeyir-duası da Varisə düşərli oldu. 

peşəkar qəzetçi Varis   son 5 ildə Azərbaycan  oxucusuna  8 kitab, Türkiyə kitabsevərlərinə 2 kitab hədiyyə etdi.  Əslində çox məhsuldar bir  zaman kəsiyidir.  Sumqayıtda çıxan “168 saat” qəzeti,   “Ekran-Efir” və “TV plyus”  dərgiləri… və bunların içərisində hələ  5 ildə bu qədər kitab yazmaq,  dünya ədəbiyyatındakı məşhur bestelləri oxumaq… hərdən mənə elə gəlir ki, Varisin saatı başqa cür işləyir.  Deyəsən onun vaxtının saatı 24 deyil,  daha artıqdır.

Varis kitablarını əlinə alıb, Türkiyəyə onları çap etdirmək üçün getmədi.  75 milyonluq Türkiyə özü onu aradı, tapdı. İndi kitabları ildırım sürəti ilə qardaş Türkiyədə yayılır.  “Türkiyə haber ajansının”  dünənki sayında  görün nə yzırlar: Yolçuyevin ‘’Son mektup’’ adlı romanı, Türk yazarlardan İmdat AFŞAR tarafından Türkiye Türkçesine çevməndə heç nə yoxdur, rilmiş ve yakın zamanda Türkiye okuyucularına sunulacaktır.  “77 nci gün” ve “Sana inanıyorum” adlı romanları IQ Kültür Sanat Yayıncılık tarafından basılmış olup hali hazırda ,  Türkiye de satışa sunulmuştur. V.Yolçuyev Azərbaycan da en büyük tirajla 10000 tirajla kitapları çıkan, beş ayrı dile tercüme edilen, iki romanına Azərbaycan devletinin desteği ile dizi çekilmiş ve  ülkenin Yüksek edebiyat ödülü olan “ALTIN KALEM” e layık görülmüştür. Aynı zamanda Avrasya yazarlar gurubunun ödüllü yazarıdır.”.

Uğurlarından danışanda bunları dedi:

VARİS YOLÇUYEV:

  --İnsan ortaya nəsə qoyursa, gərək ətrafını, kütləni nəzərə alsın. Bəyənilmək, yaxşı mənada yadda qalmaq üçün etsin.  Bir yazıçı bu gün əgər yaşadığı, mənsub olduğu cəmiyyət tərəfindən qəbul edilmirsə, bəyənilmirsə, bu onun öz günahıdır.  İndi qəribə bir tendensiya yaranıb ədəbiyyatda, yazırlar, sonra da deyirlər ki, bizi gələcək nəsillər oxuyacaq. Bizi bu xalq başa düşmür, oxumur.  Siz  öz dövrünüzdə sevilmirsinizsə, bu günkü dövrlə səsləşən əsərlərinizi də gələcəkdə kimsə oxumayacaq.  Siz hamınız Frans Kafka ola bilməzsiniz axı?! Gələcək nəsil bu gündür. Gələcək bu gündən doğulur.

        -- Varisin oxucuları isə çoxdur, bilirəm ki, gündə  yüzlərlə məktub da gəlir poçtuna. Artıq hesabı da itirmisən.

     --  “”Sənə inanıram”  və “Sonuncu ölən ümidlərdir ”kitablarını yazanda  gəncləri nəzərə aldım. Və bütün insanların həyatının ədəbi və əbədi mövsuzu olan sevgidən yazdım. Dünyanın əzəli də, sonu da sevgidir. Nəticə də  göz qabağında. “Sonuncu ölən ümidlərdir” kitabım 5 dəfə təkrar nəşr olundu. Hələ mən pirat nüsxələri saymıram. Bu gün çox əminliklə deyə bilirəm ki, kitab oxunur, kitab oxuyanlar var. Sadəcə onları arxanızca aparmaq üçün, əvvəlcə kitab yazanlar özləri oxucunun arxasıyca getməlidirlər. “Niyə gecikdim?” deyə bilərsiniz. Ancaq  elə deyil. Mənə İsmayıl Şıxlı  “İşıqlı yol” deyəndə başlayıb yazsaydım, o ilk məhəbbət  kimi gəlib keçən bir hiss olacaqdı. Mən  əsil yazıçı yaşına gələndən sonra kitablarımı da kamilləşdirdim. Çünki o kitabları elə o gəncliyimdən  vərəq –vərəq yazıram, bir zaman kəsiyində bir neçə kitabın mövzusunu cızma qara edirəm. Hansı  oxucusu ilə görüşə hazırdırsa, tez bir vaxtda yekunlaşdırıb,  çap etdirirəm. Oxucuya  cızma qara deyil, savadlı, informasiyadan bol kitab vermək lazımdır.    

        -- Varis bu gün məşhur yazıçıdır, deməklə mən də fəxr duyuram. Ən azı ona görə ki, yaxından tanıdığım, cikinə-biçinə bələd olduğum, dostum-qardaşımın uğuru həm də mənim uğurumdur. Bəs kitablar necə, sənə dost qazandırır, yoxsa ki, qısqanclıq?

       --- Təbii ki, dost qazandırır. Çox böyük oxucu çoğrafiyasını əhatə edirəm.  “Əzilmiş fotoşəkillər” kitabının ingilis dilinə  tərcümə edilmiş variantını  xarici bir ölkəyə göndərmişəm. Elektron poçtuma artıq naşirlərdən neçə-neçə maraqlı məktublar almışam. Kitab hələ çap olunmayıb, lakin oxucuları artıq var.  Özbəkistanın  məşhur “Daraqçı” qəzetində  “Sonuncu ölən ümidlərdir” və “Sənə inanıram” kitablarımın qəzet variantı   minlərlə oxucu toplayıb.  Orda da bu iki kitabım nəşrə hazırlanır. Almaniya,  Fransa, Amerikada yaşayan, hətta dilimizi bilən  əcnəbilər də  oxuyurlar kitablarımı, sübutu isə  poçtuma gələn məktublardır.

    --Bildiyim qədəri, kitabını oxuyanlar arasında maraqlı, senssasiya doğuran hadisələr də baş verib...

    ---  “Bir ovuc torpaq” əsərindəki Zaur obrazı ilə bağlı maraqlı bir əhvalat olmuşdu. Bir tələbə qız baş qəhrəman Zaur öləndən sonra depressiyaya düşərək, ailələrində problem yaratmışdı, valideynləri son ümid yeri kimi, axtarıb məni tapdılar və qızlarının düşdüyü depressiyadan çıxarmaqda onlara  yardımçı olmağımı istədilər.  Getdim evlərinə,  bir az söhbət edəndən sonra, tələbə qıza Zauru özüm yaratdığımı anlada bildim. Qız depressiyadan ayıldı.  Bu kitabım işıq üzü görəndən sonra  sumqayıtlı məktəblilər əllərinə , çantalarına, köynəklərinə, divarlara “ZZ”  yzırdılar. “Sonuncu ölən ümidlərdir” əsərindəki Nailə və Həmid obrazları  nə qədər insanın kumirinə , idealına çevriliblər. Bir oxucum var. Həmid obrazının fanatıdır. Həmid  zindanda yatdığına görə, bu gün də  , o oxucu Həmidin sevdiyi yeməklərdən imtina edib, mənə yazır ki, “Mənim Həmidim həbsxanadadır. Nə zaman ordan xilas olsa, mən də o vaxt qayıdacam bu həyata”.  Bir oxucum var. Kitablarımın tükənməyini istəmir. Deməli, bunun anası çox ağır xəstədir, ağrıkəsici dərmanlarla qadını sakitləşdirirlər. Bir gün necə olursa, qız anasına mənm kitablarımdan birini verir. Baxır ki, üç gündür anasından  şikayət yoxdur. Həmin qız bir neçə ay ərzində anasına kitablarımı  dərman kimi oxutdururdu. İndi mənə yazır ki,  siz öz əsərlərinizlə anamın ömrünü uzatdıb, ağrılarını azaltdınız. Daşkənddəki “Daraqçı” qəzetinin  baş redaktoru Rüstəm Cabbarov maraqlı bir əhvalat yazıb mənə. Deyir ki, ögey atası tərəfindən incidilən qız , yaşadıqları binanın çardağına çıxır ki, özünü  assın. Birdən yerdə qəzetin bir nömrəsini görürür. “Sonuncu ölən ümidlərdir”  əsərimdən bir hissəsi olur qəzet parçasında.  Və götürüb oxuyur. Baxır ki, sonda yazılıb ki, əvvəli filan səhifədə, davamı var. Qız qəzeti oxumaq üçün , intihardan vaz keçir. “Bir ovuc torpaq” əsərimdən sonra  Londonda yaşayan Levon Qəribyan adlı bir sosial şəbəkədə məni lənətləyən səhifə yaradaraq yazmışdı ki,  məğlub bir ölkənin  15 yaşlı gənci iki erməniyə necə qalib gələ bilər?! Və  müzakirələrdə söyüşlər-təhqirlər...  Kitab onları da xeyli yerindən oynatmışdı.

         Varisin indi bir  “Son məktub”u var.  Sonra da  4 bir-birindən maraqlı kitabları olacaq. Bunları  Tanrının köməkliyi ilə  son  iki ildə oxucular oxuya biləcəklər. Tariximizdən,  Qarabağ savaşından yazır. Əbədi sevgi ilə birlikdə tarixi əbədiləşdirir.Varis  belə yazıçıdır, oxucusunu tanıyır, onun dalınca gedir, və sonra onu öz arxasıyca aparmağı bacarır. Özü də deyir ki, “Kitab oxuyun! Kitab oxumağın zamanıdır!”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?