Ukrayna Ali Radası baş nazir Nikolay Azarovu və Nazirlər Kabinetinin üzvlərini parlamentə dəvət ediblər. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, bu qərarı 368 deputat dəstəkləyib. Bundan sonra spiker Vladimir Rıbak yerli vaxtla saat 12:00-a qədər fasilə elan edib. Qeyd edək ki, deputatlar bu gün Ukrayna hökumətinin istefası məsələsinə baxacaqlar.
Modern.az