Modern.az

Hadi Rəcəbli: “Qanunda boşluğun olacağı təqdirdə kimlərsə bundan istifadə edə bilər”

 Hadi Rəcəbli: “Qanunda boşluğun olacağı təqdirdə kimlərsə bundan istifadə edə bilər”

Parlament

7 May 2010, 14:04

Azərbaycan Respublikasının Milli Məclisində ölkəmizin ictimai və siyasi həyatına dair münasibətlərin tənzimləməsinə xidmət edən müxtəlif qanunlar qəbul edilib. Bir çox ekspertlər deyirlər ki, Azərbaycanda bütün sahələdə dair kifayət qədər mükəmməl qanunlar qəbul olunsa da, qanunvericilikdə narahatlıq doğuran əsas problem qanunların icra vəziyyətilə bağlıdır. Yəni yaxşı qanunlar var, amma onlar icra olunmur. Ayrı-ayrı təbəqələrin nümayəndələri arasında keçirdiyimiz rəy sorguları zamanı əksəriyyət Milli Məclisdə qəbul olunan qanunların icrasının onları qane etmədiyini bildirib. Bəs bu qanunların hazırlanmasında iştirak edən Milli Məclisin komitə sədrləri nə düşünür?

Modern.az saytı Milli Məclisin komitə rəhbərlərinin də məsələyə münasibətini öyrənib.

Milli Məclisin social siyasət komitəsinin sədri Hadı Rəcəbli: “Azərbaycan Milli Məclisi qanunvericilik işləri ilə məşğuldur. Bizim əsas vəzifəmiz qanunvericilik sahəsində boşluqların tam olaraq aradan qaldırılması ilə məşğul olmaq, insanlarımızın rifahının yüksəldilməsi ilə bağlı sənədlər hazırlamaqdır. Bilirsiniz,  bu boşluqların olacağı təqdirdə kimlərsə bundan istifadə edə bilərlər. Konkret olaraq qəbul etdiyimiz qanunların icrası ilə bağlı onu deyə bilərəm ki, bu işlərə nəzarət məsələsini məhkəmə orqanları yerinə yetirir. Suala müfəssəl cavabı onlardan ala bilərsiniz”.

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi