Modern.az

Eldar İbrahimov: “Mənim qanunların işləməsindən narazılığım yoxdur”

Eldar İbrahimov: “Mənim qanunların işləməsindən narazılığım yoxdur”

7 May 2010, 14:08

Azərbaycan Respublikasının Milli Məclisində ölkəmizin ictimai və siyasi həyatına dair münasibətlərin tənzimləməsinə xidmət edən müxtəlif qanunlar qəbul edilib. Bir çox ekspertlər deyirlər ki, Azərbaycanda bütün sahələdə dair kifayət qədər mükəmməl qanunlar qəbul olunsa da, qanunvericilikdə narahatlıq doğuran əsas problem qanunların icra vəziyyətilə bağlıdır. Yəni yaxşı qanunlar var, amma onlar icra olunmur. Ayrı-ayrı təbəqələrin nümayəndələri arasında keçirdiyimiz rəy sorguları zamanı əksəriyyət Milli Məclisdə qəbul olunan qanunların icrasının onları qane etmədiyini bildirib. Bəs bu qanunların hazırlanmasında iştirak edən Milli Məclisin komitə sədrləri nə düşünür?

Modern.az saytı Milli Məclisin komitə rəhbərlərinin də məsələyə münasibətini öyrənib.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov: “Niyə qane etməsin ki? Hesab edirəm ki, bizim komitənin aqrar sahədə qəbul etdiyi qanunlar cəmiyyətdə icra olunur. Müvafiq icra orqanlarıda öz üzərlərinə düşən vəzifəni yerinə yetirirlər. Başqalarını deyə bilmərəm. Mənim bu barədə heç bir narazılığım yoxdur”.

 

Modern.az

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir