Modern.az

“Ulduz” jurnalı niyə mason emblemi ilə çıxdı?

“Ulduz” jurnalı niyə mason emblemi ilə çıxdı?

4 Dekabr 2013, 16:18

Modern.az-ın məlumatına görə, Yazıçılar Birliyinin orqanı olan “Ulduz” jurnalının gənclərə həvalə edilən noyabr buraxılışı artıq çapdan çıxıb. “Gənc Ədiblər Məktəbi-2”in koordinatoru Emin Pirinin məsul redaktoru olduğu sayda məktəb üzvlərinin şeir, hekayə və məqalələri yayımlanıb. İlk nömrələrdən fərqli olaraq bu nömrədə müəyyən dərəcədə ögey münasibət bəslənilən Güney Azərbaycan bölməsi də yaradılıb. Uşaq ədəbiyyatı bölməsi və virtual çayxananın da olduğu bu sayda mətbuatda ilk dəfə çap olunan gənclər də var. Amma ən çox maraq doğuran  məqamlardan biri də noyabr nömrəsinin üz qabığının mason emblemi ilə çıxmasıdı.

Çapa məsul olan redaktor Emin Piri də bunun təsadüf olmadığını və heç nəyi gizlətmək istəmədiyini  bildirib: “Elədir, bənzəyir. Öz istəyimlə bu formatı seçmişəm. Və hər hansı bir təsadüfdən doğmayıb. Nəyə bənzədiyini də öncədən bilirdim və bənzədiyinə görə də belə etmişəm və bunu kimdənsə gizlətməyə ehtiyac da görməmişəm”.

Gənc yazardan “bəs ehtiyat etmədin” deyə soruşduqda isə bu cavabı verdi: “Burada qanunsuzluq, ədəbi meyarlara qarşı çıxa biləcək hər hansı bir durum yoxdur. Buna görə də narahatçılığa ehtiyac görmürəm”.


Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir