Modern.az

Yazıçılar Birliyi ilə tikinti şirkəti ümumi razılığa gəlib

Yazıçılar Birliyi ilə tikinti şirkəti ümumi razılığa gəlib

5 Dekabr 2013, 12:26

Rauf Aslanov: “Tez bir zamanda mənzil problemi öz həllini tapacaq”

 

“Yazıçılar Birliyi tikinti şirkəti ilə görüşdən çox razı qaldı. İnanıram ki, yazıçıların mənzil problemi öz həllini tapacaq”. Bunu Modern.az-a açıqlamasında AYB sədrinin müşaviri və mənzil məsələləri üzrə rəhbər Rauf Aslanov bildirib. Aslanovun sözlərinə görə görüşdə Birliyin sədri Anar, baş katib Fikrət Qoca və mənzil məsələlərinə məsul şəxs kimi o iştirak edib. Qarşı tərəfdən isə tikinti şirkətinin sədri Arif Mədətov və köməkçisi olub. Rauf Aslanov modern.az saytına açıqlamasında məsələnin inkişaf edən xətdə olduğunu bildirib: “Yazıçılar Birliyi ilə tikinti şirkətinin rəhbərliyi arasında görüş keçirildi. Anar müəllim, baş katib Fikrət Qoca və mənzil məsələləri üzrə müşavir kimi mən də orda iştirak edirdim. Nəticə bu oldu ki, onlar söz verdilər ki, yazıçılara evlərin satılmasında heç bir maneə yaradılmayacaq. Hətta bu işdə köməklik edəcəklərini də bildirdilər. Vergi məsələsi də həll olundu. Bildirildi ki, cənab prezidentin bağışladığı evlərdən vergi tutulmayacaq. Ümumi bir razılığa gəldik. Anar müəllimin də yanında öhdəlik götürdülər ki, evlərin satılmasında bizə kömək edəcəklər. Mənə elə gəlir ki onlar bu qərarlarında dayanacaqlar. Həmçinin onu da bildirdilər ki, yazıçılara mənzillərin satılmasında heç bir maneə yaradılmayacaq. Bizə də elə gəlir ki, yaxşı olmalıdı. Biz dünənki söhbətdən razı qaldıq. Mənzillərin bölüşdürüldüyü yazarlara bildirdik ki, öz işləri ilə rahat məşğul olub mənzillərini sata bilərlər.

 

  Elmin NURİ  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?