Modern.az

Yanukoviçin ömürlük prezident olması istənildi

Yanukoviçin ömürlük prezident olması istənildi

5 Dekabr 2013, 12:24


“Siyasi banditliyə və inqilaba “yox!”, “Sabitlik və qayda-qanun-bəli”. Modern.az saytı Ukrayna KİV-nə istinadən məlumat verir ki, Donetskdə keçirilən aksiyada bu şüarlar səsləndirilib. 5 min nəfər şaxtaçının iştirak etdiyi mitinqdə “Yeni Maydan-yen aldatma!”, “Tələbə! Ölkəni diplomla dəstəklə, Maydanda gəziçməklə yox!”, “Donbas Yanukoviçin tərəfindədir!”, “Kiyev döyüş meydanı deyil, Kiyev dünyanın sülh mərkəzidir!”, “Donetsk dövlət çevrilişinə imkan verməyəcək!” və digər şüarlar da səsləndiriblər.

Ukraynada Viktor Yanukoviçin alternativinin olmadığını iddia edən aksiya iştirakçıları onun ömürlük prezident elan edilməsini tələb ediblər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər