Modern.az

Cəlilabadda region jurnalistləri üçün seminar keçirilib

Cəlilabadda region jurnalistləri üçün seminar keçirilib

7 May 2010, 15:37

 

Jurnalist Araşdırmaları Mərkəzi (JAM)  Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə  gerçəkləşdirdiyi “İnsan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasına yardım” adlı layihə çərçivəsində  Cəlilabad şəhərində “Jurnalistlər və insan hüquqlarının içıqlandırılmas”ı mövzusunda seminar keçirib.

Seminarı giriş sözü ilə açan layihənin koordinatoru Seymur Verdizadə insan hüquq və azadlıqları anlayışının geniş məhfum olduğunu bildirərək, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın üzərinə düşən vəzifələrdən danışıb.  

KİVDF-nin Müşahidə Şurasının üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli insan hüquq və azadlıqlarının müdafiəsində region mətbuatının rolunun artırılmasının vacibliyini qeyd edib.

Cəlilabadda işıq üzü görən “Yeni həyat” qəzetinin baş redaktoru Böyukxan Bağırov region mətbuatının üzləşdiyi problemlərdən danışaraq bu problemlərin həlli yönündə KİV DF-nin fəaliyyətinə ciddi ümid bəslədiklərini dilə gətirib.   

Cəlilabad rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Nurlan Məmmədov təmsil etdiyi qurumun mətbuatla əməkdaşlıqda maraqlı olduğunu deyib. O, bu sırada rayonda fəaliyyət göstərən KİV-lərə lazımi şərait yaradıldığını da önə çəkib. N.Məmmədov Cəlilabad rayonunda anoloji tədbirlərin keçirilməsi üçün həmişə köməklik göstərməyə hazır olduqlarını bildirib.

Seminarda regonda fəaliyyət göstərən jurnalistlərlə yanaşı, rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər və onlar insan hüquqları sahəsində ortaya çıxan problemlərin  ictimailəşdirilməsində mətbuatla əməkdaşlıq yollarını müzakirə ediblər.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir