Modern.az

Afaq Məsud tərcüməçi-yazarın “payını verdi”: “Tərcümə Mərkəzi heç vaxt “Ədəbiyyat qəzeti”nin gününə düşməz”

Afaq Məsud tərcüməçi-yazarın “payını verdi”: “Tərcümə Mərkəzi heç vaxt “Ədəbiyyat qəzeti”nin gününə düşməz”

Ədəbi̇yyat

6 Dekabr 2013, 13:12


“Bunu kim deyirsə, səhv edir. Tərcümə Mərkəzində heç bir durğunluq yoxdur. Hətta, belə bir durğunluq olsaydı da belə, Mərkəz heç bir zaman “Ədəbiyyat qəzeti”nin gününə düşə bilməzdi”. Bunu Modern.az-a verdiyi açıqlamasında Azərbaycan Tərcümə Mərkəzinin sədri, yazıçı Afaq Məsud deyib.
 

“Ən azı o səbəbdən ki, yarandığı gündən bura, ciddi ədəbiyyatın təbliği ilə məşğul olub və olmağa da, davamlıdır. Bu günəcən biz, dünya ədəbiyyatının, Azərbaycan oxucusuna tanış olmayan yüzlərlə nümunələrinin orijinaldan tərcüməsinə və nəşrinə nail olmuşuq. Bu tərcümələr, öz-özlüyündə, bu günümüzdə tez-tez rast gəlinən başdansovdu sətri tərcümələr, yox, hər yazıçının ədəbi üslubunun, onun özəl dünya duyumunun qorunub saxlanılmasına müvəffəq olmuş yüksək səviyyəli ədəbi-bədii tərcümə əsərləridir. Bu gün, sadəcə, maliyyə çatışmazlığı səbəbindən biz, istədiyimiz işləri, istədiyimiz qədərində və formatda həyata keçirə bilmirik. Yalnız "Xəzər" jurnalını, ildə bir neçə dəfə oxucuların ixtiyarına verməklə kifayətlənməli oluruq. Onu da, sponsor tapanda, nəşr edirik, yetərincə intellektual bazası və yaradıcı qüvvəsi var. Lakin bizə ayrılan cüzi büdcə, nəinki, istədiklərimizi həyata keçirməyə, jurnalımızı belə, nəşr halına salmağa imkan vermir. Bizə, maddi durumumuzu, kütləvi satışa gedən bulvar ədəbiyyatlarının, fal kitablarının, ucuz detektivlərin və sairənin hesabına düzəltməyi məsləhət verənlər də, var. Lakin bu, Elmlər Akademiyasına, yaxud, Milli Ensiklopediyaya, öz büdcələrini, hansısa, gəlirli nəşrlərlərlə maliyyələşdirməyi təklif etməyə bənzər, absurdluq deyilmi? Azərbaycan ədəbiyyatının dünya dillərinə tərcüməsi və beynəlxalq aləmdə təbliği, həmçinin, dünyanın aparıcı ədəbiyyatlarının, dilimizə orijinaldan tərcüməsi və nəşri ilə məşğul olmalı olan belə bir qurumu, Kitab müqəddəsliyini qiymətdən salmış, Onun əlahiddə əhəmiyyətini və dəyərini yoxa çıxarmış kitab bazarına sürükləməyin adı nədi? “.

Qeyd edək ki, bir neçə gün əvvəl tərcüməçi-yazar Nəriman Əbdürrəhmanlı Yazıçılar Birliyinin Tərcümə mərkəzini ölü quruma çevirdiyini bildirib. O, AYB-ni Tərcümə Mərkəzini də passiv fəaliyyət göstərən “Ədəbiyyat qəzeti”nə oxşadıb.

Elmin Nuri                    

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır