Modern.az

Fırtına Avropanı iflic etdi

Fırtına Avropanı iflic etdi

6 Dekabr 2013, 16:09

Şimal Avropanı vuran sərt fırtına ən azı dörd adamın ölümünə, ya da itməsinə gətirib çıxarıb.

Modern.az xarici KIV-ə istinadən xəbər verir ki, fırtına səbəbi ilə Hollandiya, Almaniya və Şotlandiyada onlarla uçuş ləğv edilib, bir çox ölkədə qatar səfərləri dayandırılıb.

İsveç və Danimarka arasındakı Avropanın ən uzun körpülərindən biri də pis hava şərtləri səbəbindən hərəkətə bağlanılıb. On minlərlə evdə elektrik kəsilib.

Şotlandiyada saatda 228 kilometr sürətlə əsən külək Edinburgda bir tir sürücüsü maşının uçması nəticəsində həyatını itirib.

Ən az iki adam da ağacların aşması nəticəsində yaralanıb.

İngiltərənin Nottinqem bölgəsində də bir adam aşan bir ağacın altında qalaraq həyatını itirib. İsveç sahillərindəki bir gəminin göyərtəsində olan və dənizə uçan iki dənizçiyə isə hələ də axtarılır.

Gün ərzində fırtınanın şiddətini artırması gözlənilir. İngiltərədə su səviyyəlsinin artması və sel təhlükələrinə qarşı xəbərdarlıqlar edilib.

İngiltərədə son 60 ilin ən böyük fırtınasının yaşana biləcəyi iddia edilir. Hollandiyada da ölkənin şimal və şimal qərbində sel təhlükəsinə qarşı həyəcan vəziyyətinə keçilib.

Fırtına Avropanın şimalında nəqliyyatda ciddi problemlər yaşanmasına gətirib çıxarıb. Hollandiya hava yolları şirkəti KLM Amsterdamdan ediləcək 84 uçuşu ləğv edib. Hamburq hava limanından da 20 səfər dayandırılıb.

Şotlandiyanın Qlazqov, Edinburq və Aberden hav limanlarındakı səfərlər də ləğv edilib. Şotlandiyadakı bütün qatar səfərləri dayandırılıb. İsveç və Danimarka arasında qatar səfərləri də ləğv edilib.





Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi