Modern.az

Vaqif Səmədoğludan soraq gəldi: “Xaricdəyəm, müalicəm başlayıb”

Vaqif Səmədoğludan soraq gəldi: “Xaricdəyəm, müalicəm başlayıb”

Ədəbi̇yyat

6 Dekabr 2013, 16:30

Bir müddət öncə xərçəng xəstəliyi aşkarlanan xalq şairi Vaqif Səmədoğlu hazırda xaricdədir. O, artıq müalicə olunmağa başlayıb. Bunu Modern.az saytına açıqlamasında xalq şairinin özü bildirib.

V. Səmədoğlu onun üçün narahat olan insanlara təşəkkür edib:

“İndi babatam, xaricdəyəm müalicə olunuram. Türkiyədə deyiləm. Başqa yerdəyəm. Hamınız çox sağ olun. Sizlərə minnətdarlığımı bildirirəm”.

Xalq şairi harda müalicə olunduğunu deməsə də, onun İsrailə getdiyi barədə xəbər verilib.

Azərbaycan Prezidentinin şairin müalicə xərclərini öz üzərinə götürməsindən sonra dekabrın 1-də o, İsrailə gedib.

Elmin Nuri

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır