Modern.az

Obama iki varisinin adını çəkdi

Obama iki varisinin adını çəkdi

6 Dekabr 2013, 17:00


ABŞ prezidenti Barak Obama belə düşünür ki, vitse-prezident Cozef Baydenin və keçmiş dövlət katibi Hillari Klintonun 2016-cı ildə keçiriləcək prezident seçkilərində qalib gəlmək şansları var. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, bunu NBC telekanalına Barak Obama deyib: “Onlar hər ikisi - Hillari və Co məşhur liderlər ola bilərlər, onların bunun üçün lazım olan bütün keyfiyyətləri var”.

Baydenin tarixə ən yaxşı vitse-prezidentlərdən biri kimi düşəcəyini düşünən prezident ona hər sərt qərarını dəstəklədiyi üçün təşəkkürünü bildirib. Klintona gəldikdə, Obama onu indiyədək bu postu tutanlar arasında ən gözəl dövlət katibi adlandırıb. 


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?