Modern.az

Böyrək çatışmazlığı olan Zəlimxan Yaqub Almaniyaya gedib

Böyrək çatışmazlığı olan Zəlimxan Yaqub Almaniyaya gedib

6 Dekabr 2013, 17:55


Uzun müddətdir ki, böyrək çatışmazlığından əziyyət çəkən xalq şairi Zəlimxan Yaqub Almaniyaya gedib. Şairin ailəsindən Modern.az saytına verilən məlumata görə, Zəlimxan Yaqub artıq bir həftədir ki, Almaniyadadır: “Bir həftə olar Almaniyayadır. Səhhəti yaxşıdı. Elə təxminən bir həftədən sonra da qayıtmalıdı. Hər şey yaxşı olmalıdı”.

Qeyd edək ki, xalq şairi Zəlimxan Yaqub 2012-ci ilin əvvəlində Almaniyada cərrahiyyə əməliyyatı olunub və hər iki böyrəyi çıxarılıb. 
 
Sonradan ona böyrək transplantasiya olunmalı idi. Lakin bununla bağlı əməliyyat bir neçə dəfə təxirə salınıb. Hətta bu ilin payızına təyin olunan transplantasiya əməliyyatı da bəzi səbəblərdən ertələndi. Bu dəfə də şair həkim müayinəsindən keçməyə gedib. Zəlimxan Yaqub Bakıda mütəmadi olaraq dializ müalicəsi alır.

Elmin Nuri  

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir