Modern.az

Şuşanın işğal günündəki qanvermədən fotosessiya

Şuşanın işğal günündəki qanvermədən fotosessiya

8 May 2010, 15:09

Parlament Jurnalistləri Birliyi (PJB) və AzərTAc-ın təşəbbüsü, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin dəstəyi ilə mayın 8-də saat 10.00-dan 13.00-dək Şuşanın işğalının 18-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankında qanvermə aksiyası keçirilib.

Modern.az saytı xəbər verir ki, qanvermə aksiyasında qəzetlərdə və televiziyalarda çalışan jurnalistlər, deputatlar, deputat köməkçiləri, Bakı Dövlət Universitetinin tələbələri, Gənclər Təşkilatları Milli Şurasının üzvləri, idmançılar, könüllü vətəndaşlar iştirak ediblər. Ümumilikdə qanvermə aksiyasına 50-dək şəxs qatılıb. PJB sədri Elşad Eyvazlının sözlərinə görə, bu gün Azərbaycanda qan azlığından xeyli əziyyət çəkənlər var. O, belə aksiyaları insanlıq baxımından gərəkli sayqıqlarını vurğulayıb. “Bundan başqa, məhz Şuşanın ışğalı ğünü belə bir aksiyanın keçirilməsi mühüm əhəmiyyətə malıkdir”. Aksiyaya qoşulan millət vəkilləri Nazim Məmmədov, Qənirə Paşayeva, Aynur Quliyeva, Fuad Muradov təşəbbüskarların işini alqışladılar. Gənclər Təşkilatları Milli Şurasının sədri, deputat Fuad Muradov: "Mən də öz növbəmdə Şuşanın işğal günü belə aksiyanın keçirilməsini yüksək dəyərləndirirəm. Hesab edirəm ki, humanist xarakterli bu aksiya həm də bütövlükdə cəmiyyətimizə bir siqnal olmalıdır. Gənclər Təşkilatları Milli Şurası olaraq biz bu aksiyaya fəal şəkildə qoşulmuşuq. İnşallah torpaqlarımızın azadlığı uğrunda da bu cür həmrəylik nümayiş etdirəcəyimizə əminəm". Qeyd edək ki, Parlament Jurnalistlər Birliyinin təşəbbüsü ilə ötən il də Şuşanın işğal olunmasının 17-ci ildönümü ilə bağlı qana ehtiyacı olanlar üçün qanvermə aksiyası keçiriimişdi.

Modern.az bugünkü aksiyadan bzəi fotoşəkilləri təqdim edir.

 

Qan bankının əməkdaşları aksiyaya hazırlıq görürlər..

 

Qanvermə başlayıb.

 

Millət vəkili Nazim Məmmədov:

“Güman edirəm ki, belə aksiyaların mütəmadiliyini daha da artırmaq lazımdır.

Əslində mən istərdim ki, Qarabağda can alıb-can verək. Qandan bir şey çıxmaz”.

Millət vəkili Qənirə Paşayeva: "Mən Parlament Jurnalistləri Birliyinin bu təşəbbüsünü alqışlayıram.

Yaxşı haldır ki, vətəndaş cəmiyyətinin qurucuları belə bir xoş təşəbbüslə çıxış edirlər. İldə bir-iki dəfə qan vermək insana problem yaratmır. Əksinə qan vermək sağlamlığa xidmət edir. Biz bu aksiyaya qoşulmaqla nə qədər insana kömək etmiş oluruq".

Millət vəkili Aynur Quliyeva: " Mən birinci dəfədir qan verirəm. Biz bu aksiya ilə hansısa xəstələrə kömək etmiş oluruqsa, savab işdir. Həm də belə bir gündə bu aksiyanı sadəlikdən çıxarıb əlamətdar hadisəyə keçiririk. Məhərrəmlik ayında zəncir döymək, baş yarmaq kimi insanlara xeyri olamayan bir aksiyanı keçirməkdənsə, cəmiyyəti maarifləndirmək yolu ilə bu cür tədbirlərə yönləndirmək lazımdır”.

Millət vəkili Astan Şahverdiyevin köməkçisi Asif Mehdiyev: " Modern.az saytından qanvermə aksiyası barədə xəbəri oxuyub bu tədbirə qoşulmağı qərara aldım. Şuşanın işğal günündə belə bir tədbirin keçirilməsi mütləq lazımdır. Bu gün Azərbaycan ordusu ermənilərlə müharibə aparır. Biz qan verməklə bərabər, qan almağa da hazır olmalıyıq".

 

"Olaylar" İnformasiya Agentliyinin parlament müxbiri Alim Hüseynli: "A

rtıq ikinci ildir ki, bu aksiya təşkil olunur. Hesab edırəm ki, belə tədbirlər ənənə halını almalıdır".

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı: "Bizim təşəbbüsümüzə qoşulanların hamısına təşəkkür edirəm. Söz verib gələ bilməyənləri növbəti belə tədbirimizdə görmək istərdim".

PJB-nin çağırışına qoşulan könüllü Sevda Qocayeva: "Modern.az

saytında Şuşanın işğalı ilə bağlı qanvermə aksiyası keçiriləcəyi barədə xəbəri oxudum. Könüllü olaraq bu aksiyaya qoşulmaq istədim. Qana ehtiyacı olan hər bir soydaşımıza əl uzatmaq savab işdir. İnşallah belə bir aksiya yenə təşkil olunsa, yenə iştirak edəcəm”.

"Xəbərlər Azərbaycan" İnformasiya Agentliyinin parlament müxbiri Mürtəza Bünyadov: "

Aksiyaya qoşulmaq bir vətəndaşlıq borcudur. Keçmiş döyüşçü kimi öz borcumu yerinə yetirdim".

"Lider" TV-nin operatoru Ramil Məmmədov: "Belə tədbirləri yaxşı qiymətləndirirəm, hamı bu aksiyaya qoşulsun!".

"Azadinform" İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev: "Hesab edirəm ki, bizim qanımız ehtiyacı olan hər bir Azərbaycan vətəndaşı üçün lazımdır. Ümid edirəm ki, belə aksiyalara nəinki jurnalistlər, cəmiyyətin bütün təbəqələri qoşulacaq".

AzərTAc-ın parlament müxbiri Xətayi Əzizov: "

Bu addımı atmaqla öz qanımla kiməsə həyat verirəm bilərəm. Bunun özü böyük bir işdir. Bu həm də Allaha xoş gedir. İnsanın sağlamlığı üçün də faydalıdır Şuşanın işğal günündə bu aksiyanı keçirmək həm də soydaşlarımıza dəstək olmaqdır. Arzu edirəm ki, bütün həmkarlarım bu aksiyada iştirak etsinlər”.

AzərTAc-ın baş redaktoru Şahin Cəfərov: "

Birinci dəfədir qan verirəm. Bu aksiyanı müsbət qiymətləndirirəm. Qanvermə həm də Allaha xoş gedən əməldir. Digər redaksiyaların da bu təşəbbüsə qoşulmasını arzulayıram".

İdmançı Gündüz Mahmudov: "Məncə hər bir Azərbaycan vətəndaşı belə aksiyalarda iştirak etməlidir".

Karate üzrə Dünya Çempionatının mükafatçısı Maarif  Xurşudov: "Bu bizim borcumuzdur. Alqışlayıram bu təşəbüsü irəli sürənləri"

.

İdmançı Mürşüd: "Belə tədbirlərə qatılmaqla şəfa axtaran xəstələrə həyat veririk. Hamını bu xeyirxah işə qoşulmağa çağırıram".

İdmançı Hümbət Qasımov: "Bundan sonra belə aksiyalarda fəal olacam".

Avropa və Dünya Çempionatlarının mükafatçısı Arif Məmmədov: "Biz vətəndaşlıq borcumuzu yerinə yetiririk".  

İdmançı Elşən İsmayılov: "Birinci dəfədir qan verirəm. Məncə ehtiyacı olan xəstələrə hər birimiz kömək etməliyik. Bu baxımdan aksiyanı alqışlayıram".

ANS-in operatoru İlham

Məmmədov: "Bu aksiyaya qoşulmaq hər birimizin borcudur".

ANS-in əməkdaşı Tural Səttarov: "Ümid edirəm ki, belə aksiya bütün rayonların işğal günlərində keçiriləcək. İnşallah torpaqlarımız işğaldan azad edilsin. Yenə də xəstə insanlara qan verək".

Gənclər Təşkilatları Milli Şurasının baş katibi Orxan Ərəbov: "Bu cür təşəbbüsləri bizim təşkilat yükəsk qiymətləndirir. Hər bir insanın belə aksiyaya qoşulması vacibdir. Bu çox gözəl bir işdir".

Gənclər Təşkilatları Milli Şurasının üzvü Elçin Məmmədov: "Allah qana ehtiyacı olan insanlara şəfa versin".

Gənclər Təşkilatları Milli Şurasının üzvü Elşən Əliyev: "Mən belə tədbirlərdə həmişə iştirak etməyə hazıram".

Qan Bankının əməkdaşları.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi