Modern.az

Prezident Yanukoviç eks-prezidentləri danışığa çağırdı

Prezident Yanukoviç eks-prezidentləri danışığa çağırdı

Dünya

9 Dekabr 2013, 16:26

Dekabrın 10-da Viktor Yanukoviç Ukraynanın üç keçmiş prezidenti ilə görüşərək ölkədə yaranmış indiki situasiyanı müzakirə edəcək. Modern.az saytı Ukrayna KİV-nə istinadən bildirir ki, Yanukoviçin təşəbbüsü ilə keçiriləcək dəyirmi masada keçmiş prezidentlər Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenko iştirak edəcəklər.

Qeyd edək ki, bu arada hakimiyyət və Daxili İşlər Nazirliyi əmin ediblər ki, Azadlıq meydanına hücum olmayacaq, bura yeridilən qüvvələr sadəcə qayda-qanuna nəzarət etmək üçündür.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir