Modern.az

Həbsxanadan buraxılan deputat and içdi

Həbsxanadan buraxılan deputat and içdi

Dünya

10 Dekabr 2013, 17:11


Dekabrın 9-da axşam saatlarında həbsxanadan buraxılan Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Mustafa Balbay bu gün Türkiyə Böyük Millət Məclisində (TBMM) and içib. Modern.az saytı Türkiyə KİV-nə istinadən bildirir ki, parlamentin iclası başlayanda TBMM-nin sədri Cəmil Çiçək uzun həbs müddəti səbəbi ilə and içə bilməyən Mustafa Balbayı kürsüyə dəvət edib. And içən Balbay daha sonra özünə ayrılan yerə keçib.

Cəmil Çiçək andın ardından Balbayı təbrik edərək deyib: "Uzun həbs və ya başqa səbəblərlə haqq pozuntusuna məruz qalmış insanların azadlıqlarına qovuşmalarını diləyirəm".

Qeyd edək ki, Türkiyənin “Cumhuriyyet” qəzetinin Ankara təmsilçisi M.Balbay “Ergenekon” adlı qeyri-leqal təşkilata qarşı aparılan istintaq çərçivəsində 2009-cu ilin martın 6-da saxlanılıb. O, 2013-cü ilin avqustun 5-də məhkəmənin qərarı ilə 34 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.

Modern.az
 
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir